Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məktubu BMT-nin rəsmi sənədi kimi yayılıb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı qurumun Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. 

Bizim.Media xəbər verir ki, sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı rayonunun 63-ü azyaşlı, 70-i qoca olmaqla 613 sakinin vəhşicəsinə qətlə yetirildiyi bildirilib. 

Məktubda 1994-cü ildə atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, erməni silahlılarının mütəmadi olaraq təmas xətti boyunca azərbaycanlıların yaşadığı əraziləri atəşə tutduğu xatırladılıb.

Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini gözardı etməsi nəticəsində 2020-ci ilin payızında hərbi əməliyyatların yenidən baş verdiyi qeyd olunub. 
Eyni zamanda sənəddə Azərbaycanın təhlükəsizliyinə, əhalisinin rifahına, dövlətin suverenliyinə və ərazi bütövlüyünə hər hansı təhdid yaranarsa, onun öz Konstitusiyasına, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən mümkün bütün vasitələrlə özünü müdafiə edəcəyi də öz əksini tapıb. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

End of content

No more pages to load

RADİO