Ələt–Astara magistral yolunun 70-ci kilometrliyində, Salyan rayonunun Bəydilli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan “VAZ-2109” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı hadisə yerindən xəstəxanaya çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bizim.Media