Ən çox satılan da odur, ən zərərlisi də... – Sürücülərə XƏBƏRDARLIQ

Xəbər verildiyi kimi, yanvar-aprel aylarında Azərbaycanın sığorta sektorunda toplanan sığorta haqları 610 milyon manat, sığorta ödənişləri isə 304 milyon manat olub.  

Bununla da sektor üzrə şərti zərərlilik (ödəniş/yığım nisbəti) təqribən 50% təşkil edib. 

Ən yüksək zərərlilik nümayiş etdirən sahələrdən biri avtomobillərin icbari sığotası – avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası  - olub. 

Belə ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 57 milyon 517 min manat sığorta haqqı toplanıb. Baş vermiş hadisələr üzrə isə 51 milyon 709 min manat ödəniş edilib. 

Başqa sözlə, bu sahədə ödəniş/yığım nisbəti 89,9%-ə yüksəlib. Yəni toplanan hər 100 manat qarşılığında, sığorta şirkətləri 90 manat ödəniş ediblər. 

Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə icbari avtomobil sığortası üzrə 53,7 milyon manat sığorta haqqı toplanıb, 41,6 milyon manat sığorta ödənişi edilib. 

Yəni ötən illə müqayisədə sığorta haqları 3,8 milyon manat (7%), sığorta ödənişləri isə 10 milyon manat və ya 24% artıb. Ötən ilin yanvar-aprel aylarında avtomobil sığortasının zərərlilik göstəricisi cəmi 77% idi, indi isə bu rəqəm 90%-ə yüksəlib. 

Bəs, ödənişlərin bu qədər artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, avtomobillərin icbari sığorta növu ən çox satılan sığorta növü olsa da ən zərərli sığorta növüdür:
 

“Bununla paralel son dövrlər bu xidmət növü ilə bağlı ödənişlərin artmasının səbəbi yeni nəsil avtomobillərdir. Məsələn, hibrid, plag-in-hibrid və elektrik avtomobillərinin ehtiyat hissələri çox bahadır. Eyni zamanda yeni nəsil avtomobillərin ölkəmizdə “ölüxana”sı yoxdur. Ona görə də yeni avtomobillərə ancaq yeni ehtiyat hissələri alınır. Nəticədə xərclər artır.


Əgər əvvəl sığora şirkəti bir hadisəyə görə 1500-2000 manat ödəyirdisə, indi bu rəqəm 3000 manatın üzərindədir. Nəzərə alaq ki, köhnə avtomobillərin də ehtiyat hissələri xeyli bahalaşıb. Bu da sığorta ödənişlərinin həcminə öz təsirini göstərir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğullarını BIÇAQLADI - Özəl

Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğullarını BIÇAQLADI - Özəl

Ünsiyyətdən sonra tək qalmaq istəyi nəyi göstərə bilər? - Psixoloqlar izah edir

Ünsiyyətdən sonra tək qalmaq istəyi nəyi göstərə bilər? - Psixoloqlar izah edir

Hörmüzdə YENİ BÖHRAN – İran dünya iqtisadiyyatına zərbə vuracaq “silah”ı İŞƏ SALIR...

Hörmüzdə YENİ BÖHRAN – İran dünya iqtisadiyyatına zərbə vuracaq “silah”ı İŞƏ SALIR...

Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb

Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb

Nağd pulla almağa dəyər 13 işlənmiş avtomobil

Nağd pulla almağa dəyər 13 işlənmiş avtomobil

Həmin gün ən çox bu mahnını dinlədilər- Video

Həmin gün ən çox bu mahnını dinlədilər- Video

Küləkli havada dənizə girmək təhlükəlidir! – FHN-dən ÇAĞIRIŞ

Küləkli havada dənizə girmək təhlükəlidir! – FHN-dən ÇAĞIRIŞ

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Bir qaşıqla mədə yanmasını unudun— Bağırsaq sağlamlığı üçün sous resepti

Bir qaşıqla mədə yanmasını unudun— Bağırsaq sağlamlığı üçün sous resepti

Ekspres avtobuslar harada dayanır? -MƏKANLAR

Ekspres avtobuslar harada dayanır? -MƏKANLAR

“Brent” markalı neft BAHALAŞDI

“Brent” markalı neft BAHALAŞDI

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!- Bu gündən xətlər ayrılır

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!- Bu gündən xətlər ayrılır

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

İndoneziyada 7,7 bal gücündə zəlzələ oldu -Ölənlər var - VİDEO

İndoneziyada 7,7 bal gücündə zəlzələ oldu -Ölənlər var - VİDEO

Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?

Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?

Diyetoloq bal haqqında əsas yanlış təsəvvürü TƏKZİB EDİB

Diyetoloq bal haqqında əsas yanlış təsəvvürü TƏKZİB EDİB

GÜNÜN HAVASI: Yağış, külək, 37 dərəcə isti...

GÜNÜN HAVASI: Yağış, külək, 37 dərəcə isti...

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

Bu bürclərin günüdür - Bütün işləri yoluna düşəcək

Bu bürclərin günüdür - Bütün işləri yoluna düşəcək

Ronaldo və Corcinanın nikah müqaviləsinin detalları açıqlanıb

Ronaldo və Corcinanın nikah müqaviləsinin detalları açıqlanıb

Tramp: Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

Tramp: Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

End of content

No more pages to load

RADİO