Ənənəvi kondisionerlərin sonu çatdı— Alimlərdən yeni kəşf

Alimlər laboratoriya sınaqları zamanı ammonium nitrat və su qarışığının temperaturunu cəmi 20 dəqiqə ərzində 25 dərəcədən 3,6 dərəcə selsiyə qədər elektrik enerjisi olmadan endirməyə nail olublar. Bu nəticə yeni soyutma texnologiyasının əsasını təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə “Indian Defence Review” yazır.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanındakı Kral Abdulla Elm və Texnologiya Universitetinin alimləri elektrikdən istifadə etmədən havanı soyutmağa imkan verən yeni texnologiya hazırlayıblar. Sistem NESCOD (“Elektriksiz və tələb əsasında soyutma”) adlandırılıb.

Soyutma mexanizmi endotermik həllolma adlanan kimyəvi prosesə əsaslanır. Bəzi duzlar suda həll olunduqda istilik buraxmaq əvəzinə ətraf mühitdən enerji udur. Nəticədə temperatur sürətlə və nəzərəçarpacaq dərəcədə aşağı düşür.

Alimlər ən yaxşı nəticəni müəyyən etmək üçün bir sıra duzları sınaqdan keçiriblər. Ən yüksək göstərici ammonium nitratda qeydə alınıb.

Tədqiqatçılar bildiriblər ki, ammonium nitrat 100 qram suda 208 qramadək həll ola bilir, halbuki digər duzlarda bu göstərici adətən 100 qramdan aşağıdır.
 

Alimlərin sözlərinə görə, həllolma nə qədər yüksəkdirsə, bir o qədər çox duz həll olur və proses zamanı daha çox istilik udulur. Bu maddənin əlavə üstünlükləri də var: ucuzdur, geniş yayılıb və artıq iri miqyasda istehsal olunur.


Texnologiyanın potensialını nümayiş etdirmək üçün alimlər duzu suya metal qabın içində həll ediblər və onu strafor izolyasiyalı qutuya yerləşdiriblər. Nəticədə qabın temperaturu təxminən 3,6 dərəcə selsiyə düşüb və 15 saatdan çox müddət ərzində 15 dərəcədən aşağı səviyyədə qalıb.

Alimlər həmçinin texnologiyanın təkrar istifadə olunması üçün həll yolunu da hazırlayıblar.

NESCOD sistemi hər istifadədən sonra duzu bərpa edən və xarici enerji mənbəyinə ehtiyac duymayan regenerasiya dövrü nəzərdə tutur.

Duz məhlulu otaq temperaturuna qayıtdıqdan sonra alimlər günəş enerjisindən istifadə edərək xüsusi 3D regenerasiya qurğusu vasitəsilə prosesi bərpa edirlər. Qurğu günəş spektrinin maksimum hissəsini udmaq üçün hazırlanmış materialdan istehsal olunub.
 

Su buxarlandıqca qabın xarici səthində ammonium nitrat kristalları əmələ gəlir. Alimlərin bildirdiyinə görə, bu kristallar cazibə qüvvəsinin təsiri ilə öz-özünə qoparaq düşür və bu da yığım prosesini demək olar ki, avtomatik edir.


Alimlər həmçinin bildirirlər ki, buxarlanan su da itirilmir. Günəş distillasiyası zamanı buxar toplanaraq kondensasiya edilə və yenidən istifadə oluna bilər ki, bu da isti və quraq iqlimlər üçün xüsusilə əhəmiyyətlidir. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

Bu bürclərin pul qapıları açılır

Bu bürclərin pul qapıları açılır

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

Dostluqları sınaqdan keçir? – VİDEO

Dostluqları sınaqdan keçir? – VİDEO

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

End of content

No more pages to load

RADİO