Binəqədi, Xırdalan və Masazıra buna görə metro çəkilmir- RƏSMİ - VİDEO

Bakı ətrafı ərazilərdə metro stansiyalarının tikilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Xüsusilə Binəqədi, Yeni Günəşli, Xırdalan və Masazır kimi ərazilərə metro xəttinin çəkilib-çəklməyəcəyi ictimaiyyəti daim maraqlandırır.

Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “ATV Aktual” verilişində bu məsələyə münasibət bildirib.

O bildirib ki, metro ən bahalı infrastruktur layihələrindən biridir və yeni stansiyaların yerləri ciddi təhlillər əsasında müəyyən edilir:

“Əslində biz bu tip suallarla tez-tez qarşılaşırıq. Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm də rahatlığına görə hər kəs onu öz evinin yanında istəyir. Amma nəzərə alsaq ki, digər nəqliyyat növləri ilə müqayisədə metro ən bahalı investisiya tələb edən infrastruktur obyektidir, yeni stansiyaların yerləri müəyyənləşdirilən zaman çox ciddi təhlillər aparılır.

Bakı şəhərinin artıq rəqəmsal eskizi mövcuddur. Mövcud olan bütün nəqliyyat, infrastruktur, yaşayış və iş yerləri həmin proqram təminatında əks olunub və perspektivdə olan inkişaf da öz əksini tapıb. Təbii ki, çox yer var ki, inkişaf etdirməliyik, amma bunu mərhələli şəkildə etməyimiz məcburidir. Bütün inkişaf perspektivləri simulyasiya olunur və buna əsasən biz yeni stansiyaların yerlərini müəyyənləşdirməyə çalışırıq”.

Qurum rəhbərinin sözlərinə görə, şəhər ətrafında yeni metro stansiyalarının tikilməsi mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər:

“Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyası tikilsə, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində isə onsuz da artıq yüklənmiş infrastruktur tamamilə iflic vəziyyətinə düşə bilər.

Ona görə ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzinə bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etməkdir. Ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər”.

V.Aslanov qeyd edib ki, Xırdalan və Masazır istiqamətində metro xəttinin çəkilməsi üçün hazırda uyğun infrastruktur yoxdur:

“Məsələn, Xırdalan, Masazır ilə bağlı çox sual verilir. Lakin yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt fəaliyyət göstərir, amma qısa olduğu üçün çox böyük yük daşımır, sərnişin daşımalarının cəmi 3 faizini təmin edir.

Biz bənövşəyi xətti şəhər mərkəzinə tam inteqrasiya edib uzatdıqdan sonra və onu 3 nöqtədə yaşıl və qırmızı xətlərlə qovşaq halına gətirdikdən sonra Bakı şəhərinin şimal istiqamətindən -Xırdalan, Sumqayıt, Bakı–Şamaxı yolu üzərində yerləşən digər yaşayış massivlərindən gələn sərnişinlər rahatlıqla Xocasən və ya Avtovağzal stansiyasında metroya daxil olub həm bənövşəyi xətt üzrə, həm də keçid stansiyaları vasitəsilə digər istiqamətlərə rahat hərəkət edə bilərlər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Magistratura təhsilindən imtina EDƏNLƏR

Magistratura təhsilindən imtina EDƏNLƏR

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

"Azəriqaz"da yeni struktur YARADILDI

"Azəriqaz"da yeni struktur YARADILDI

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

End of content

No more pages to load

RADİO