Valideynlərin DİQQƏTİNƏ: I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri yaradıldı

2026-2027-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 30 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Bizim.Media-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.

"www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət etmək tövsiyə olunur.

Təhsil müəssisələrindəki alternativ qeydiyyat mərkəzləri Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Suraxanı rayonu üzrə 279, 280, 114, Qaradağ rayonu üzrə 321, 273, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 74, 130, 108, 170, Səbail rayonu üzrə 236, Yasamal rayonu üzrə 18, 336, Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 257, 165, 261, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər.

Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qeydiyyatı prosesinə 1 may saat 11:00-dan etibarən start verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

İsveçrədə danışıqlar günortadan sonra başlayır

İsveçrədə danışıqlar günortadan sonra başlayır

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Azərbaycana yay fəsli daxil oldu

Azərbaycana yay fəsli daxil oldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

End of content

No more pages to load

RADİO