Depressiyadan qorunmağın ən asan yolu

Paxlalılar, dənli bitkilər və çərəzlərdən əldə edilən bitki mənşəli zülal qəbulunun 10% artırılması yetkin insanlarda depressiya riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bizim.Media xəbər verir ki, bu nəticə "Nutrition Reviews" nəşrində dərc olunan elmi tədqiqatla öz təsdiqini tapıb.

Araşdırma müəllifləri vurğulayırlar ki, gündəlik qida rasionu psixi sağlamlıq üçün həlledici əhəmiyyət kəsb edir.

Bundan əvvəl mütəxəssislər depressiyanın yaranmasını yüksək dərəcədə emal edilmiş məhsulların mütəmadi qəbulu ilə əlaqələndirirdilər.

Bunun əksinə, meyvə-tərəvəz ağırlıqlı qidalanmanın xəstəliyin əlamətlərini zəiflətdiyi bildirilirdi.

Son elmi işdə alimlər proteinin (zülalın) rasiondakı təsirinə xüsusi diqqət yetiriblər. Mütəxəssislər heyvan və bitki mənşəli zülalların, eləcə də ümumi protein miqdarının depressiya riski ilə əlaqəsini öyrənən 13 fərqli tədqiqatın yekunlarını təhlil ediblər.

Aparılan analizlər göstərib ki, gündəlik olaraq daha çox zülal qəbul edən şəxslərdə psixi pozuntuya tutulma ehtimalı digərlərinə nisbətən aşağıdır. Rasionda ümumi zülal miqdarının 10% artırılması depressiya riskinin təqribən 21% enməsi ilə nəticələnib.

Ən diqqətçəkən nəticə məhz bitki mənşəli proteinlərlə bağlı qeydə alınıb: bu növ zülal qəbulunun 10% çoxalması psixi narahatlıq riskini təqribən 25% azaldıb. Maraqlıdır ki, heyvan mənşəli zülal qəbulunun sözügedən xəstəlik riskini azaltması ilə bağlı hər hansı tutarlı sübut aşkar edilməyib.

Bitki zülalı baxımından ən zəngin məhsullar sırasına mərcimək, soya, noxud və lobya daxildir. Dənli bitkilər paxlalılar qədər yüksək protein barındırmasa da, onlar da mükəmməl əlavə mənbə hesab olunur (100 qram məhsul üçün 10-14 qram zülal).

Alimlər bildirirlər ki, bitki mənşəli qidaların faydası sadəcə zülalla məhdudlaşmır, onların tərkibindəki liflər, minerallar, vitaminlər və fitonutrientlər də psixi sağlamlığın qorunmasında böyük rol oynayır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

Elgizin yerinə o gəldi - VİDEO

Elgizin yerinə o gəldi - VİDEO

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

“13 illik boşluğu doldurmalı idik...”

“13 illik boşluğu doldurmalı idik...”

İranda dollar rekord həddə BAHALAŞDI

İranda dollar rekord həddə BAHALAŞDI

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

Dünya mətbuatı Prezidentin Zirvə çıxışından yazdı - FOTO

Dünya mətbuatı Prezidentin Zirvə çıxışından yazdı - FOTO

Zaurun verilişinin yerinə bu layihə YAYIMLANDI - VİDEO

Zaurun verilişinin yerinə bu layihə YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO