Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ölkələr arasında birbaşa uçuşların bərpa ediləcəyi tarixi açıqlayıb.
Bizim.Media xəbər verir ki, səfir bu barədə “Twitter” səhifəsində məlumat verib.
“Mart ayının əvvəlindən Azərbaycan və İran əlaqələrində növbəti xoş addım atılacaq. Həmin tarixdən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək”, - deyə səfir qeyd edib.
Qeyd edək ki, ötən gün Azərbaycan Baş naziri Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişikliyinə əsasən, hava nəqliyyatı vasitəsilə 17 ölkənin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək.
Bizim.Media
