Beynəlxalq Cüdo Federasiyasından azərbaycanlı cüdoçuya TƏRİF: “Rüstəm gələcək nəsillər üçün nümunədir!”  

Beynəlxalq Cüdo Federasiyasının (IJF) sabah start götürəcək Tel-Əviv “Böyük Dəbilqə” turnirinə həsr etdiyi və rəsmi saytında dərc etdiyi “Emosional Təhsilimizin Səxavəti” adlı məqaləsində kişilərdən ibarət milli yığma komandamızın kapitanı Rüstəm Orucov haqqında fikirlər də yer alıb. 

Bizim.Media xəbər verir ki, məqalənin müəllifi Co Krouli qeyd edib ki, Rüstəm son dərəcə peşəkar, yarış zamanı şübhələrini və mübarizələrini həmişə nəzarət altında saxlaya bilən idmançıdır:  

“O, yalnız qalib gələrkən üz cizgilərində məmnuniyyət hissini açıq şəkildə görmək olur”. 

Kapitanımızın çox alicənab bir şəxs olduğu da vurğulanaraq bildirilir ki, o, qalibiyyət zamanı öz hisslərini bölüşmək istəyir, lakin kimsə uğursuzluqla qarşılaşdığı halda hadisə yerində hamıdan öncə məhz özü olmaq istəyir:

“Məhz bu bir daha sübut edir ki, Rüstəm Orucov cüdonun vacib dəyərlərindən birin olan “Jita-Kyoei” (Cüdonun yaradıcısı Ciqaro Kanonun tədris zamanı əsas tutduğu prinsiplərdən biridir. Bu prinsip özündə harmoniya və əməkdaşlığı ehtiva edir, özü və digərləri üçün qarşılıqlı faydanı nəzərdə tutur – Red) prinsipinə sadiqdir və bu da öz növbəsində digər gənc idmançılar üçün örnəkdir”. 

Rüstəmin cüdo dəyərlərinin səfiri kimi qeyd edildiyi məqalədə onun bu cəhətinin tatami üzərində daha da aydın göründüyü bildirilir:

“Orucov hər zaman özünü əsl peşəkar kimi idarə edə bilən və ətrafındakı hər kəsin qayğısına qalmağı çox yaxşı bacaran, eyni zamanda  sözün əsl mənasında emosiyalarını idarə edə bilən nəhəng idmançıdır”.  

Məqalə müəllifi Rüstəm haqqında fikirlərini “Rüstəm Orucov gələcək nəsillər üçün nümunədir!” cümləsi ilə yekunlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

Nazirlik işə qəbul ELAN EDİR

Nazirlik işə qəbul ELAN EDİR

Roza Zərgərli qızı ilə — FOTO

Roza Zərgərli qızı ilə — FOTO

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Rütbə verilən bütün səfirlər bu universitetin məzunlarıdır - SİYAHI

Rütbə verilən bütün səfirlər bu universitetin məzunlarıdır - SİYAHI

İlkin Misgərli autizmli uşağı ziyarət etdi – VİDEO

İlkin Misgərli autizmli uşağı ziyarət etdi – VİDEO

End of content

No more pages to load

RADİO