Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri – FOTO

Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bizim.Media xəbər verir ki, bu münasibətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar tərəfindən respublikanın müxtəlif bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirilib, azyaşlılara unudulmaz anlar bəxş olunub.

Tədbirlərin məqsədi gələcəyimiz olan uşaqların asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, zəngin milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, onlarda Novruzun yaratdığı birlik və sevinc ruhunun yüksəldilməsidir.

Bayram proqramlarında şəhid övladlarının iştirakı xüsusi diqqətdə saxlanılıb.

Eyni zamanda uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlarla görüşlər keçirilib, onlarla bayram sevinci bölüşülüb.

Novruzun sevilən personajları - Kosa, Keçəl və Bahar qızının maraqlı çıxışları, şən zarafatları və uşaqlarla birgə rəqsləri tədbirlərə fərqli ab-hava qataraq balacaların sevincini artırıb.

Bayram günlərində həmçinin AHİK-in sağlamlıq və istirahət mərkəzlərində də Novruz şənlikləri təşkil olunub, tonqallar qalanıb, müxtəlif əyləncəli proqramlar təqdim edilib.
 

Tədbirlərdə çıxış edən AHİK nümayəndələri Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin ölkəmizdə uşaqların sağlam və firavan böyüməsi, Vətənə sədaqət ruhunda yetişməsi üçün yaradılan şəraitdən danışıblar.


Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar təşəbbüslərinin əhəmiyyəti vurğulanıb, mədəniyyət və incəsənətlə bağlı layihələrinin Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rolundan bəhs olunub.

Qeyd edək ki, bu il Novruz bayramının yenilənmə ruhu ilə Ramazan ayının mənəvi kamillik çağırışı eyni günlərə təsadüf edib.

AHİK, qurumun üzv və tabe təşkilatları tərəfindən Ramazan ayı boyunca ittifaq üzvləri və şəhid ailələrinin iştirakı ilə iftar süfrələri təşkil olunub.

İftar süfrələri ətrafında bir araya gələn həmkarlar ittifaqı üzvləri müqəddəs ayın mənəvi dəyərlərini bölüşərək ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıblar.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İşıqları niyə yandırmısan?” demək boşanma səbəbi sayılacaq – Türkiyədə YENİ QAYDA

“İşıqları niyə yandırmısan?” demək boşanma səbəbi sayılacaq – Türkiyədə YENİ QAYDA

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

Dilqəm Əhmədliyə vəzifə verildi

Dilqəm Əhmədliyə vəzifə verildi

Pensiyaçılar bu yazını MÜTLƏQ OXUSUN

Pensiyaçılar bu yazını MÜTLƏQ OXUSUN

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

"Süni tıxac niyə yaradılır?" – VİDEO

"Süni tıxac niyə yaradılır?" – VİDEO

PFL klublara 3 milyona yaxın ödəniş etdi

PFL klublara 3 milyona yaxın ödəniş etdi

“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

Xəzər sahili neft tullantılarından təmizlənir - FOTO

Xəzər sahili neft tullantılarından təmizlənir - FOTO

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

"Arzum"un cinayət işinin DETALLARI - Hadisə yerindən qaçıb?

"Arzum"un cinayət işinin DETALLARI - Hadisə yerindən qaçıb?

Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…

Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…

“Neftçi”dən növbəti TRANSFER

“Neftçi”dən növbəti TRANSFER

Dünyada milyarderlərin sayı 4 min nəfəri keçdi

Dünyada milyarderlərin sayı 4 min nəfəri keçdi

Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ- FOTO

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ- FOTO

İlham Əliyev: “İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib”

İlham Əliyev: “İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib”

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana KEÇDİ

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana KEÇDİ

Metroda qadının fotolarını gizlincə çəkən şəxsi sərnişinlər belə cəzalandırdı – VİDEO

Metroda qadının fotolarını gizlincə çəkən şəxsi sərnişinlər belə cəzalandırdı – VİDEO

Prezident: “Avropa Parlamenti və AŞPA anti-İslam əhvali-ruhiyyəsini təlqin edir”

Prezident: “Avropa Parlamenti və AŞPA anti-İslam əhvali-ruhiyyəsini təlqin edir”

Füzulidə kişi evinin həyətində ölü tapıldı

Füzulidə kişi evinin həyətində ölü tapıldı

Domeni "az" olan saytların fəaliyyəti hansı hallarda dayandırıla bilər?

Domeni "az" olan saytların fəaliyyəti hansı hallarda dayandırıla bilər?

End of content

No more pages to load

RADİO