Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək "BuxarArt" sənət məkanının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub.

Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, həyata keçirilən bərpa işləri tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yeni yaradılan "BuxarArt" sənət məkanı İçərişəhərin mədəni həyatına töhfə verəcək.

Bərpaçı Erich Pumer çıxışında Buxara karvansarasının əsaslı təmiri və möhkəmləndirilməsi prosesinin böyük həssaslıqla həyata keçirildiyini deyib:

"Görülən işlər zamanı abidənin orijinal memarlıq üslubunun və tarixi xüsusiyyətlərinin qorunması əsas prioritet olub. Eyni zamanda, tikilinin uzunömürlü olması üçün müasir mühəndislik həlləri də tətbiq edilib".

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, bu məkan tarixən müxtəlif bölgələrdən gələn insanların görüşdüyü, yeni ticarət əlaqələrinin qurulduğu və xalqlar arasında münasibətlərin möhkəmləndiyi bir mərkəz kimi fəaliyyət göstərib. O bildirib ki, Buxara karvansarasının tarixi Özbəkistan və Azərbaycan xalqları arasında əsrlərə söykənən əlaqələrlə birbaşa bağlıdır.

Diplomat qeyd edib ki, tarixən Mərkəzi Asiyadan olan tacirlər Böyük İpək Yolu vasitəsilə regionlar arasında fəal şəkildə səyahət ediblər. Bakı isə bu marşrut üzərində mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olub.

Daha sonra qonaqlar abidənin yenilənmiş siması ilə yaxından tanış olublar.

Bərpa və konservasiya işləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə bu sahədə beynəlxalq təcrübəyə malik Avstriyanın məşhur "Atelier Erich Pummer GmbH" şirkəti tərəfindən 3,5 il ərzində aparılıb. Qədim abidənin identikliyinin qorunması məqsədilə bərpa işləri zamanı orijinal hörgü üsullarına və autentik materiallardan istifadəyə, həmçinin tarixi obyektin memarlıq detallarına və konstruktiv xüsusiyyətlərinə xüsusi diqqət yetirilib. Abidənin tarixi görünüşünə xələl gətirməyən ən müasir texnologiyalardan və materiallardan istifadə olunub.
 

Karvansaranın divarları sonradan əlavə edilmiş yad qatlardan təmizlənib, daşların konservasiyası aparılaraq binanın orijinal statik vəziyyəti bərpa edilib.


Yeni konsepsiyaya əsasən Buxara karvansarası yerli sənətkarların fəaliyyət göstərdiyi funksional və yaradıcı məkana transformasiya olunub. Karvansaranın daxilində ümumilikdə 18 otaq yerləşir ki, onların hər biri müxtəlif sənət sahələrini təmsil edən sənətkarların istifadəsinə verilib. Hər bir otaqda fəaliyyət göstərəcək sənətkarlar gündəlik olaraq öz əl işlərini hazırlayıb nümayiş etdirəcək, eyni zamanda həmin məhsulların satışını həyata keçirəcəklər.

Bununla yanaşı, "BuxarArt" yerli və xarici ziyarətçilər üçün interaktiv sənət məkanı kimi fəaliyyət göstərəcək.

Sənətkarlar qonaqlar üçün müxtəlif ustad dərsləri təşkil edərək Azərbaycan xalq sənətinin incəliklərini praktiki şəkildə nümayiş etdirəcəklər. Burada toxuculuq, heykəltaraşlıq, dəriçilik, rəssamlıq, xalçaçılıq, dəmir döymə, miniatür sənəti, bədii keramika, ebru sənəti, keçəçilik və taxtaoyma kimi ənənəvi sənət sahələri təmsil olunur.

Buxara karvansarasının fəaliyyətə başlaması milli sənətkarlıq ənənələrinin qorunması, sənətkarların yaradıcılıq imkanlarının genişləndirilməsi və Azərbaycanın zəngin mədəni irsinin həm yerli, həm də xarici qonaqlara daha yaxından təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. "BuxarArt" özünəməxsus memarlıq üslubu və mistik atmosferi ilə həm yerli sakinlər, həm də paytaxtımızın qonaqları üçün ən cəlbedici mədəniyyət ocaqlarından birinə çevriləcək.












































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrah kirayədən aylıq 10 milyon qazanır

Emrah kirayədən aylıq 10 milyon qazanır

İyunun 28-nə qədər... 3 BÜRCƏ ŞAD XƏBƏR

İyunun 28-nə qədər... 3 BÜRCƏ ŞAD XƏBƏR

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Gündə bir sarımsaq udulsa, orqanizmdə nə baş verər?

Gündə bir sarımsaq udulsa, orqanizmdə nə baş verər?

Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Polşa Prezidenti sabah Türkiyəyə gedir - FOTO

Polşa Prezidenti sabah Türkiyəyə gedir - FOTO

İstədiyi qıza görə öldürülən 35 yaşlı şəxsin anasından AÇIQLAMA - VİDEO

İstədiyi qıza görə öldürülən 35 yaşlı şəxsin anasından AÇIQLAMA - VİDEO

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Müəllimlərin işə qəbulunda magistrlərə üstünlük verilir? – Nazirdən CAVAB

Müəllimlərin işə qəbulunda magistrlərə üstünlük verilir? – Nazirdən CAVAB

Hacı Şahinin oğlu məzun oldu - FOTO

Hacı Şahinin oğlu məzun oldu - FOTO

Şakiranı öpüşə qərq etdi - FOTO

Şakiranı öpüşə qərq etdi - FOTO

Starmeri istefaya məcbur edən əsas amillər MƏLUM OLDU

Starmeri istefaya məcbur edən əsas amillər MƏLUM OLDU

Bu həftə BÜRCLƏRİ nə gözləyir

Bu həftə BÜRCLƏRİ nə gözləyir

Vens Hörmüz boğazının hansı yolla açıq qalacağından DANIŞDI

Vens Hörmüz boğazının hansı yolla açıq qalacağından DANIŞDI

Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“İran buna razı olacaq” – Tramp

“İran buna razı olacaq” – Tramp

Almaniyalı futbolçu üçün dünya çempionatı başa çatdı

Almaniyalı futbolçu üçün dünya çempionatı başa çatdı

Qəbələdə maraqlı görüş: Kəmaləddin Heydərov məşhur ərəblərlə - VİDEO

Qəbələdə maraqlı görüş: Kəmaləddin Heydərov məşhur ərəblərlə - VİDEO

Messi Klozeni geridə qoyub bombardir oldu

Messi Klozeni geridə qoyub bombardir oldu

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM HADİSƏSİ

Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM HADİSƏSİ

End of content

No more pages to load

RADİO