Aİ Ermənistana niyə daha bir missiya göndərir?

Avropa İttifaqı növbəti dəfə Ermənistanda möhkəmlənmək üçün yeni mexanizm işə salır. Belə ki, Brüssel respublikada seçkilər ərəfəsində guya “hibrid təhdidlərə qarşı mübarizə” məqsədilə “sürətli reaksiya qrupu” göndərmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın bəyanatında vurğulanır ki, bu addım Ermənistan hakimiyyətinin müraciəti əsasında atılır. Lakin məsələ burasındadır ki, bu təşəbbüs texniki yardım görüntüsü altında Avropa Birliyinin Ermənistanın daxili siyasi proseslərinə təsir imkanlarını genişləndirmək cəhdi kimi də görünür.
 

Son illər Qərb siyasi leksikonunda tez-tez işlədilən “hibrid təhdidlər” anlayışı kifayət qədər elastik və sərhədləri qeyri-müəyyən termindir. Bu çərçivəyə kibertəhlükələr, informasiya kampaniyaları, media manipulyasiyası, hətta seçki proseslərinə mümkün təsirlər daxil edilir. Kağız üzərində bu, təhlükəsizlik tədbiri kimi təqdim olunsa da, praktikada belə missiyalar çox zaman istənilən siyasi prosesə xarici nəzarət üçün rahat alətə çevrilir. Yəni istənilən narazılığı, istənilən informasiya axınını, istənilən rəqib təsiri “hibrid təhlükə” adı altında çərçivələmək mümkündür.


Ermənistan üçün yaxın seçkilər, əlbəttə, daxili siyasi sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə son illərdə həm siyasi transformasiya, həm də regiondakı yeni reallıqlara uyğunlaşma mərhələsindən keçir. Amma bu o demək deyil ki, xarici mərkəzlərin seçkiöncəsi “yardımı” avtomatik olaraq xeyirli və neytral sayılmalıdır. Əksinə, belə həssas mərhələdə Qərbin artan fəallığı Ermənistanın siyasi həyatında təsir balansını daha da poza və yerli institutları xarici dəstəyə daha çox bağlı vəziyyətə sala bilər.

Burada əsas sual budur: Aİ həqiqətənmi sadəcə məsləhət və texniki dəstək vermək istəyir, yoxsa proseslərə dolayı siyasi istiqamət verməyə çalışır? Xarici oyunçuların “institusional dəstək” adı altında iştirak etdiyi bir çox nümunə göstərib ki, sərhəd çox incədir. Bir tərəfdən şəffaflıq, kibertəhlükəsizlik, strateji kommunikasiya kimi şüarlar səslənir, digər tərəfdən isə ölkənin daxili siyasi məkanına nüfuz artırılır. Bu baxımdan Aİ-nin missiyası yardım görüntüsü ilə siyasi mövqe qazanmaq cəhdi kimi də qiymətləndirilə bilər.
 

Cənubi Qafqazın özü isə heç də eksperiment meydanı deyil. Bu region ənənəvi olaraq müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu həssas geosiyasi məkan olub. Ermənistanın Rusiya ilə uzun illər formalaşmış siyasi, iqtisadi, təhlükəsizlik və humanitar əlaqələri fonunda Aİ-nin ardıcıl şəkildə yeni platformalar yaratması regionda təsir dairələrinin yenidən bölüşdürülməsi cəhdini xatırladır. Brüssel bunu nə qədər “demokratiyaya dəstək” kimi qələmə verməyə çalışsa da, reallıqda bu addımlar böyük güclər arasında rəqabətin alətinə çevrilir.


Rəsmi Moskva hələlik ümumi diplomatik dildə region ölkələrinin öz kursunu müəyyən etmək hüququndan danışır. Lakin aydındır ki, Ermənistan ətrafında Qərb fəallığının artması Rusiyada diqqətlə izlənilir. Çünki burada söhbət təkcə seçkilərdən və ya kibertəhlükələrdən getmir; məsələ həm də regionda siyasi təsir uğrunda mübarizədən gedir.

Brüsselin addımını yumşaq təhlükəsizlik, seçki müdafiəsi və strateji kommunikasiya kimi anlayışlarla bəzəməsi onun mahiyyətini tam dəyişmir. Əgər missiya həqiqətən yalnız texniki və məsləhətçi xarakter daşıyacaqsa, bunun sərhədləri maksimum dərəcədə aydın olmalıdır. Əks halda, Ermənistanda daxili siyasi proseslərə xarici təsir barədə suallar daha da artacaq. Xüsusən də seçkiöncəsi dövrdə belə missiyaların fəaliyyəti cəmiyyətin bir hissəsində legitimlik yox, şübhə yarada bilər.

Sonda ortaya belə mənzərə çıxır: Aİ Ermənistana guya sabitlik və dayanıqlılıq gətirmək üçün yeni missiya göndərir, amma əslində regionda siyasi mövqelərini dərinləşdirir. Ermənistan isə bu prosesdə yardım alan tərəfdən çox, böyük güclərin rəqabət xəttində yerləşən növbəti meydançaya çevrilmək riski ilə üz-üzə qalır. Buna görə də bu təşəbbüsə romantik “demokratiya dəstəyi” prizmasından yox, sərt geosiyasi reallıq fonunda baxmaq daha doğru olar. (Mİnval.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fitso Ukraynaya 70 milyard avroluq yeni hərbi kreditə qarşı çıxdı – VİDEO

Fitso Ukraynaya 70 milyard avroluq yeni hərbi kreditə qarşı çıxdı – VİDEO

“ВКонтакте” “App Store”dan SİLİNDİ

“ВКонтакте” “App Store”dan SİLİNDİ

İƏT Parlament İttifaqı Konfransında Bakı Bəyannaməsi QƏBUL EDİLDİ

İƏT Parlament İttifaqı Konfransında Bakı Bəyannaməsi QƏBUL EDİLDİ

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Bu il yol qəzalarında həyatını itirənlərin SAYI AÇIQLANDI

Bu il yol qəzalarında həyatını itirənlərin SAYI AÇIQLANDI

Böyük Britaniya Kralı Muxtar Babayevlə görüşdü – FOTO

Böyük Britaniya Kralı Muxtar Babayevlə görüşdü – FOTO

Qdanskda Ceyhun Bayramov polşalı həmkarı ilə görüşdü – FOTO

Qdanskda Ceyhun Bayramov polşalı həmkarı ilə görüşdü – FOTO

Messinin 39 yaşını belə qeyd etdilər – VİDEO

Messinin 39 yaşını belə qeyd etdilər – VİDEO

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

“Piyada vurulmalarının əhəmiyyətli hissəsi keçidlərin yaxınlığında baş verir”

“Piyada vurulmalarının əhəmiyyətli hissəsi keçidlərin yaxınlığında baş verir”

Venesuelada zəlzələ zamanı iki itini xilas edən şəxs gündəm oldu – VİDEO

Venesuelada zəlzələ zamanı iki itini xilas edən şəxs gündəm oldu – VİDEO

Vüqar Rəhimzadə: “Bəzi vətəndaşlar yol hərəkəti qaydalarına əməl etmir”

Vüqar Rəhimzadə: “Bəzi vətəndaşlar yol hərəkəti qaydalarına əməl etmir”

Ayağı ayaq üstünə aşırıb oturmaq insanı şikəst edə bilər – FOTO

Ayağı ayaq üstünə aşırıb oturmaq insanı şikəst edə bilər – FOTO

Dünən bank kartlarında yaşanan problemin səbəbi BƏLLİ OLDU – ABB-dən AÇIQLAMA

Dünən bank kartlarında yaşanan problemin səbəbi BƏLLİ OLDU – ABB-dən AÇIQLAMA

Azərbaycanlı qapıçı “Barselona”da

Azərbaycanlı qapıçı “Barselona”da

ADY Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır – FOTO

ADY Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır – FOTO

Cahid Həsənov: “Gecə işıqlandırması piyada təhlükəsizliyi üçün yetərli deyil”

Cahid Həsənov: “Gecə işıqlandırması piyada təhlükəsizliyi üçün yetərli deyil”

Azərbaycanın İslam dünyasındakı MİSSİYASI - Həmrəylikdən qlobal liderliyə doğru

Azərbaycanın İslam dünyasındakı MİSSİYASI - Həmrəylikdən qlobal liderliyə doğru

Yol qəzalarının yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir – Ərşad Hüseynov

Yol qəzalarının yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir – Ərşad Hüseynov

FİFA-dan tarixi qərar: Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək

FİFA-dan tarixi qərar: Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək

Ukraynanın zərbələrindən sonra Krım yenidən qaranlığa qərq oldu

Ukraynanın zərbələrindən sonra Krım yenidən qaranlığa qərq oldu

UFC döyüşçüsü separatçıların “bayrağını” rədd etdi – VİDEO

UFC döyüşçüsü separatçıların “bayrağını” rədd etdi – VİDEO

Venesueladan sonra Yaponiyada da güclü zəlzələ: 6,9 bal – VİDEO

Venesueladan sonra Yaponiyada da güclü zəlzələ: 6,9 bal – VİDEO

İlham Əliyevdən Sloveniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Sloveniya Prezidentinə MƏKTUB

End of content

No more pages to load

RADİO