Azərbaycana ən çox dərman idxal edən ölkələr - SİYAHI

Dərman vasitələrinin idxal olunduğu ölkələri sıralayan zaman ilk beşlikdə Türkiyə, Almaniya, Fransa, Rusiya və İtaliyanın yer aldığı müəyyən edilir.

Bizim.Media xəbər verir ki, bunu Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov Azərtac-a müsahibəsində deyib.
 

Onun sözlərinə görə, dərman vasitələrinin idxalı ilə bağlı daxil olan müraciətlər əsasında ekspertizasının aparılması üçün hər partiya üzrə götürülmüş dərman vasitəsi nümunələri barədə farmasevtik, statistik, eləcə də laborator analiz üsulu və nəticələri barədə məlumatlar AEM-in rəqəmsal “Analiz bazası”na daxil edilir: 


“Dərman vasitələrinin laborator analiz nəticələri barədə sertifikatı da yekun nəticəyə uyğun qaydada birbaşa bu sistem üzərindən çap olunur. Toplanmış məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır və mövcud məlumatların analizi aparılır. Aparılmış məlumat analizlərinə əsasən ötən il ərzində müxtəlif xarici ölkələrdən respublikamıza ümumi miqdarı təqribən 196 milyon qutu dərman vasitəsi idxal edilib”.

Murad Süleymanov vurğulayıb ki, hazırda ərizəçilər tərəfindən Vahid Elektron Səhiyyə platforması üzərindən qəbul edilə biləcək müraciət növlərindən biri də dərman vasitələrinin idxalı ilə bağlıdır.

“Dərman vasitələrinin təqib və izləmə sistemi” isə dərman vasitələrinin istehsaldan son istehlakçıyadək dövriyyəsinin rəqəmsal qeydiyyat və unikal identifikasiya mexanizmi vasitəsilə izlənilməsini təmin edən mühüm nəzarət alətidir.

Bu sistem təchizat zəncirinin bütün mərhələlərində məlumatların real vaxt rejimində toplanmasına və mərkəzləşdirilmiş informasiya bazasında emal olunmasına imkan yaradır.

Hər bir qablaşdırmaya tətbiq edilən unikal identifikasiya kodu məhsulun mənşəyini və hərəkət trayektoriyasını izləməyə şərait yaradır.

Beləliklə, qeyri-qanuni idxal, saxta məhsullar və paralel satış kimi risklər minimuma endirilir. Apteklərdə hər satış əməliyyatının rəqəmsal qeydiyyatı təkrar satış və uçotdan kənar dövriyyə hallarını texniki olaraq məhdudlaşdırır. Sistem, eyni zamanda, risk əsaslı nəzarət modelinin formalaşmasına da imkan yaradır. Analitik alətlər vasitəsilə satış intensivliyi, partiya dövriyyələri və anbar məlumatları təhlil olunur və yüksək riskli subyektlər prioritet monitorinqə cəlb edilir”, - deyə AEM-in direktoru diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

End of content

No more pages to load

RADİO