Ömər Çelik: “Türkiyə öz ünvanına olan hücumlara dözməyəcək”

Türkiyə heç bir halda öz ünvanına edilən hücumlara dözməyəcək.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyənin cənub məkanı üzərində İranın ballistik raketlərinin məhv edilməsini jurnalistlərə şərh edərkən bildirib.
 

Ö.Çelik İranın özündə mövcud fikir ayrılıqlarına diqqət çəkərək qeyd edib ki, xaricdəki hədəflərə raket zərbələri məsələsində İran İslam Respublikasının hakimiyyətinin vahid mövqeyi yoxdur.


“Prezident Məsud Pezeşkianın sözləri ilə bəzi iranlı parlament üzvlərinin açıqlamaları arasında ziddiyyətlər var”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Ankara diplomatiya alətlərinin bərpasının və qarşılıqlı zərbələrin dayandırılmasının tərəfdarıdır.
 

Türkiyəli siyasətçi qeyd edib ki, İran İslam Respublikası ətrafındakı böhranın yeni mərhələsi “İkinci Dünya müharibəsinin nəticələri əsasında formalaşmış qlobal münasibətlər arxitekturasının sonu” deməkdir.


İran İslam Respublikasının yeni Ali Rəhbəri kimi Seyid Müctəba Hüseyni Xameneinin seçilməsi məsələsinə toxunan AKP nümayəndəsi Tehranın siyasətində radikal dəyişiklik gözləntilərini “sadəlövh” adlandırıb.

“İran İslam Respublikasının kursunun dini liderin kim olmasından asılı olaraq dəyişdiyini düşünənlər İran dövlətinin arxitekturası haqqında tam təsəvvürə malik deyillər”, – deyə Ömər Çelik bildirib.
 

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi martın 9-da İrandan buraxılan ballistik raketin məhv edildiyini bildirib. Qurumun məlumatına görə, İran raketinin trayektoriyası Türkiyənin hava məkanından keçib.


Raket Şərqi Aralıq dənizində yerləşmiş NATO qüvvələri tərəfindən məhv edilib. Onun qalıqları Qaziantep vilayətinin cənubunda yaşayış olmayan əraziyə düşüb. Ölən və yaralanan yoxdur.

İrandan ballistik raketin buraxılması ilə bağlı daha bir hadisə isə martın 4-də də baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

End of content

No more pages to load

RADİO