Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA

Son qərara əsasən, ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan gənclərin həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki intellektual bölmələrdə keçməsi nəzərdə tutulub. Bu yanaşma həm yüksək bilikli kadrlardan səmərəli istifadəni təmin etməyə, həm də ordunun insan resurslarının inkişafını gücləndirməyə xidmət edir. 

Bizim.Media xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək, yəni 600 və yuxarı bal toplayan gənclərin Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində intelektual bölmələrdə xidmət keçməsi qərarı çox yaxşı və ağıllı addımdır və bunu alqışlayır:

"Bu yanaşma yalnız Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır.

Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi məktəbləri də var və onları da yüksək intellektual səviyyəyə malik gənclərlə təmin etmək lazımdır. Onlara da belə şərait yaradılmalıdır ki, həmin bölmələrdə xidmət keçə bilsinlər. Mən hesab edirəm ki, bu yanaşma ordunun savadlı kadrlarla təmin olunmasına müsbət təsir göstərəcək və gənclər normal şəraitdə xidmətlərini yerinə yetirə biləcəklər".

Ekspert qeyd edib ki, bu, həm də keçmişdə yaşanan bəzi faciəvi hadisələrin təkrarının qarşısını almağa kömək edəcək. 

"Məsələn, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda ADA Universiteti məzunu Ceyhun Hüseynov yüksək bal toplamış gənc olaraq həyatını itirmişdi. Bu hadisə sonradan ciddi problemlərlə nəticələndi, hərbi hissə komandiri və tibb xidməti rəisi həbs olundu və vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi.

Gələcəkdə bu modelin tətbiqi ordu üçün uğurlu olacaq və genişləndirilməlidir. Bu yanaşma bütün orduda tətbiq olunmalı və yalnız Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə məhdudlaşmamalıdır, çünki digər birləşmələr də silahlı qüvvələrin tərkib hissəsidir. Mən bu prosesə geniş kontekstdə baxılmasının tərəfdarıyam" - Üzeyir Cəfərov bildirib. 

Qeyd edək ki, bu yeni modelin genişləndirilməsi və bütün orduda tətbiqi həm yüksək bilikli gənclərin xidmətə cəlb edilməsinə, həm də silahlı qüvvələrin savadlı kadrlarla təmin olunmasına xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanın Baş naziri Trampa təşəkkür etdi – FOTO

Pakistanın Baş naziri Trampa təşəkkür etdi – FOTO

Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

Bakıda məhkum kamera yoldaşını öldürdü

Bakıda məhkum kamera yoldaşını öldürdü

Sirkə içən “Dr. Gülü”nün vəziyyəti necədir? – Açıqlama

Sirkə içən “Dr. Gülü”nün vəziyyəti necədir? – Açıqlama

Müşavirini bu liseyə direktor təyin etdi - FOTO

Müşavirini bu liseyə direktor təyin etdi - FOTO

Diplomat olduğunu bir anlıq unudanda... – Sərdar Kılıçın erməni sevgisinin SİYASİ ANATOMİYASI

Diplomat olduğunu bir anlıq unudanda... – Sərdar Kılıçın erməni sevgisinin SİYASİ ANATOMİYASI

32 il sonra vətənə geri dönəcək - QANDALLA

32 il sonra vətənə geri dönəcək - QANDALLA

Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində şou təqdim edəcək

Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində şou təqdim edəcək

Dünyada təyyarə biletləri KƏSKİN BAHALAŞDI – FOTO

Dünyada təyyarə biletləri KƏSKİN BAHALAŞDI – FOTO

Dubai Marina-da tikilməkdə olan göydələndə yanğın oldu - VİDEO

Dubai Marina-da tikilməkdə olan göydələndə yanğın oldu - VİDEO

Ukrayna Krımda “Erməni bazarı”na zərbə endirdi – VİDEO

Ukrayna Krımda “Erməni bazarı”na zərbə endirdi – VİDEO

“Burada aldığım təhsili Azərbaycanın heç bir universitetində ala biləcəyimi düşünmürəm" – Aytac Hüseynli

“Burada aldığım təhsili Azərbaycanın heç bir universitetində ala biləcəyimi düşünmürəm" – Aytac Hüseynli

Məleykə Abbaszadə: “10-11-ci sinifdə hazırlaşıb, bütün proqramı mənimsəmək mümkün deyil”

Məleykə Abbaszadə: “10-11-ci sinifdə hazırlaşıb, bütün proqramı mənimsəmək mümkün deyil”

Ümran Uyğur: “Məqsədimiz Türkiyə təhsilini Azərbaycana gətirməkdir”

Ümran Uyğur: “Məqsədimiz Türkiyə təhsilini Azərbaycana gətirməkdir”

“Neftçi” 4 milyonluq hücumçu gətirir

“Neftçi” 4 milyonluq hücumçu gətirir

“Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”

“Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”

“Yelo Bank”a sanksiya tətbiq olunmasına Taleh Kazımovdan REAKSİYA

“Yelo Bank”a sanksiya tətbiq olunmasına Taleh Kazımovdan REAKSİYA

FAKTİKİ HAVA: Bəzi yerlərdə şimşək çaxır, Şahdağa qar yağır

FAKTİKİ HAVA: Bəzi yerlərdə şimşək çaxır, Şahdağa qar yağır

Jiva "Avroviziya" səhnəsində - FOTO

Jiva "Avroviziya" səhnəsində - FOTO

500 manatlıq əskinaslar dövriyyəyə buraxılacaq? - RƏSMİ

500 manatlıq əskinaslar dövriyyəyə buraxılacaq? - RƏSMİ

Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO

Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO

Renat Dadaşov Türkiyəyə QAYIDIR

Renat Dadaşov Türkiyəyə QAYIDIR

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü

End of content

No more pages to load

RADİO