Göbələk kimi artan reabilitasiya mərkəzləri - Onlara nəzarət hansı formada APARILIR?

Bir neçə gün öncə Əməkdar jurnalist, tanınmış tele-aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açmaq istədiyini bildirib.

"Müalicədə olanda fikrim var idi ki, reabilitasiya mərkəzi açım. Müalicədən qayıdandan sonra bu barədə məsləhətləşmələr apardım və qərar verdim. Yaxın vaxtlarda bu layihəni reallaşdırmağa çalışacağam".

Qəribədir ki, bu xəbərin yayılmasından 24 saat sonra Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərov da eyni məzmunlu açıqlama verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO


Nəzərə alaq ki, həm Nəsimi Nəbizadə, həm də Ceyhun Əsgərov bir müddət əvvəl "Qurtuluş" Reabilitasiya Mərkəzində müalicə olunublar. Ən qəribəsi də bu reabilitasiya mərkəzinin adı çox böyük qalmaqallarda hallanır. Bir müddət əvvəl Mərkəzin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Ümumiyyətlə, reabilitasiya mərkəzləri barədə rəylər birmənalı deyil.

Bu mərkəzlər sağlamlıq ocağından daha çox kommersiya obyektlərini xatırladır. Hazırda Bakıda və şəhərətrafı ərazilərdə xeyli sayda özəl reabilitasiya mərkəzləri var.

Bir çox imkanlı şəxslər övladlarının narkoloji və yaxud alkoqoldan asılılığı olduğunu gizlətmək üçün bu cür mərkəzlərə müraciət edirlər. Çünki bu mərkəzlərdə qeydiyyat qeyri-rəsmi aparılır və xəstələr rəsmi reyestrə salınmır. Ona görə də bu cür mərkəzlərə müalicə üçün müraciət edənlərin sayı günbəgün artır.

Bəs, bu müəssisələr rəsmi icazə ilə fəaliyyət göstərirlər?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Mərkəzdən Bizim.Media-ya bildirilib ki, qanunvericiliyə uyğun olaraq bildiririk ki, sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılması məsələləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Həmin Qanunun 3-cü və 7-ci maddələrinə əsasən, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı qanunla müəyyən edilir və lisenziyaların verilməsi səlahiyyəti aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. 

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, özəl tibb fəaliyyəti (o cümlədən tibbi yardımın göstərilməsi, diaqnostika, müalicə və tibbi reabilitasiya xidmətləri) xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Bununla əlaqədar olaraq bildiririk ki, əgər yaradılması nəzərdə tutulan reabilitasiya mərkəzində tibbi xidmətlər (xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, tibbi reabilitasiya, psixoterapevtik və ya digər tibbi müdaxilələr) göstəriləcəksə, bu fəaliyyət “özəl tibb fəaliyyəti” hesab olunur və qanunvericiliyə uyğun olaraq lisenziya alınması məcburidir. Lisenziya isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.

Əgər fəaliyyət yalnız sosial dəstək, maarifləndirmə, psixososial uyğunlaşma və qeyri-tibbi xidmətlərlə məhdudlaşacaqsa və tibbi müdaxilə həyata keçirilməyəcəksə, bu halda həmin fəaliyyət özəl tibb fəaliyyəti hesab olunmur və tibbi lisenziya tələbi yaranmır. Qeyd edirik ki, konkret müəssisənin fəaliyyəti onun faktiki göstərdiyi xidmətlərin mahiyyətindən asılı olaraq qiymətləndirilir”.

Qurumun açıqlamasından həmçinin qeyd olunub ki, ayrı-ayrı şəxslərin reabilitasiya mərkəzi yaratması qanunvericiliklə qadağan edilmir:

“Lakin həmin mərkəzdə tibbi xidmət göstərilməsi nəzərdə tutulduğu halda, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq lisenziya alınmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

End of content

No more pages to load

RADİO