Fransaya casusluq edən şəxs yenidən məhkəmə qarşısında

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Nizami rayonu 28 saylı Mənzil İstismar İdarəsinin əməkdaşı F.Ə. şahid qismində ifadə verib.

O bildirib ki, DTX-nin Martin Ryanın saxlanılması ilə bağlı keçirdiyi əməliyyat zamanı özü və iş yoldaşı hal şahidi kimi iştirak ediblər:

"2023-ci il dekabrın 4-də iki nəfər idarəyə yaxınlaşaraq DTX-nin əməkdaşları olduqlarını bildirdilər. Onlar bizim ərazimizdə olan bir mənzildə əməliyyat-axtarış tədbirlərini keçirəcəklərini bildirdilər, məni və iş yoldaşımı hal şahidi qismində iştirak etmək üçün dəvət etdilər. Biz də razılaşdıq. Bizdən həmin evdə yaşayan şəxsi tanıyıb-tanımadığımızı soruşdular. Biz də həmin ünvanda yaşayan şəxsi tanımadığımızı bildirdik.

Söhbətlərdən bizə məlum oldu ki, həmin evdə Fransa vətəndaşı yaşayır. Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən Özbəkistan küçəsində olan həmin mənzilə gəldik.

DTX-nin əməkdaşları evin qapısını döydülər. Sakin qapını açdı, ona məlumat verildi və evdə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı ona təqdim edildi. Əməliyyat-axtarış tədbirində fransız dilində sərbəst bilən qadın tərcüməçi də iştirak edirdi, DTX-nin əməkdaşlarının danışıqlarını Martinə tərcümə edirdi. Məhkəmə qərarı ilə tanış olandan sonra Martin Ryan onları evə dəvət etdi".

Şahidin sözlərinə görə, evdən 2 noutbuk, 4 telefon, fransız dilində olan sənəd və kitablar, çoxlu sayda vizit-kartlar götürülüb:

"Bunların hamısı videoçəkilişlə edildi. Götürülən telefon, noutbuklar və digər əşyalar qablaşdırıldı. Bütün proses fransız dilində ona tərcümə olunurdu. Baxış keçiriləndən sonra protokol tərtib olundu, Martin Ryan və biz ona qol çəkdik".

Növbəti məhkəmə prosesi fevralın 16-a təyin edilib.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

End of content

No more pages to load

RADİO