Vəfa Şərifovanı hansı cəza GÖZLƏYİR?

Türkiyəli məşhur ifaçı və bəstəkar Yıldız Tilbe müğənni Vəfa Şərifovanı məhkəməyə verməyə hazırlaşır. Səbəbsə azərbaycanlı ifaçının son açıqlamasıdır.

Belə ki, bu yaxınlarda Vəfa Şərifova qonaq olduğu verilişlərin birində deyib ki, Türkiyəli ifaçı ilə anlaşıb. 100 min dollarlıq anlaşma sayəsində Yıldız Tilbe ilə duet oxuyacaq.

Səslənən iddialarla bağlı Yıldız Tilbenin vəkili Handan Bakbak açıqlama yayıb. O bildirib ki, sosial şəbəkədə Vəfa Şərifova adlı ifaçının onun haqda dediklərini eşidib və bunlar yalandır:
 

MÖVZU İLƏ BAĞLI:

Yıldız Tilbenin məhkəməyə verdiyi Vəfadan AÇIQLAMA - "Üzr istəmərəm" - VİDEO


"Müvəkkilimiz, hörmətli Yıldız Tilbe barəsində mətbuatda yer alan, həqiqətə uyğun olmayan, əsassız, haqsız və son dərəcə yolverilməz ittiham və iddialarla hazırlanan, şəxsin öz reklamını və populyarlığını artırmaq məqsədi daşıyan sosial media paylaşımları səbəbilə bu mətbuat açıqlamasının verilməsi zəruri hesab edilib.

Azərbaycanlı müğənni Vəfa Şərifova həm ölkəsində yayımlanan televiziya proqramında, həm də sosial media hesablarında Yıldız Tilbe ilə duet oxumaq üçün 100 min dolları ödədiyini, müğənninin pulu almasına baxmayaraq duetdən imtina etdiyini və onu çətin vəziyyətdə qoyduğunu həm yazılı, həm də vizual formada iddia edib.

Bildiririk ki, Yıldız Tilbenin adıçəkilən şəxs ilə heç bir əlaqəsi, yazışması, paylaşımı, işbirliyi və ya görüşü olmayıb.

Bu iddialar tamamilə uydurma, qərəzli, qanunsuz, şəxsin nüfuzunu və tanınmışlığını məqsədli şəkildə hədəf alan, eyni zamanda bir çox cinayət tərkibi yaradan hallardır. Bununla bağlı zəruri hüquqi tədbirlər görüləcəkdir".

Həmin açıqlamanı Yıldız Tilbe rəsmi instaqram hesabında yayımlayıb.

Göründüyü kimi Vəfa Şərifovanı növbəti məhkəmə çəkişməsi gözləyir.

Bəs Yıldız Tilbenin dedikləri məhkəmədə sübut olunsa, Vəfa Şərifovanı hansı cəza gözləyir?

Məsələyə aydınlıq gətirən hüquqşünas Ruslan Mustafayev Bizim.Media-ya bildirib ki, hadisə Azərbaycanda baş verdiyi üçün ilk növbədə Türkiyəli ifaçı Azərbaycan məhkəmələrinə müraciət etməlidir:

“Müraciətin formatı isə böhtanla bağlı ola bilər. AR Cinayət Məcəlləsinin 147-ci maddəsində məhz böhtanla bağlı müddəlar qeyd olunub. Həmin maddəyə əsasən bilə-bilə yalan məlumat yaymaq qarşı tərəfin şərəf və ləyaqətini alçaldır və yaxud onun nüfuzuna xələl gətirir. Yıldız Tilbe də məhkəmədə sübut etsə ki, Vəfa Şərifova ona böhtan atıb və işgüzar imicinə xələl gətirib, o zaman azərbaycanlı ifaçı müəyyən cəza ala bilər.

147-ci maddəyə görə Vəfa Şərifova pul cəzasına və digər alternativ cəza növlərinə məruz qala bilər. O, hətta 6 aylığına azadlıqdan məhrum edilə də bilər. Amma bu cəzalardan hər hansı birisi seçilən zaman cavabdeh şəxsin vəziyyəti və cinayətin digər faktiki və hüquqi halları məhkəmə tərəfindən nəzərə alınır.  


Əgər məhkəmədə sübut olunsa ki, yayılan açıqlamalar türkiyəli müğənnini nüfuzdan salan məlumatlardır, o zaman bu böhtan kimi qiymətləndirilə bilər. Belə olan təqdirdə Vəfa Şərifovaya cərimə cəzası tətbiq edilə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

End of content

No more pages to load

RADİO