Oman XİN başçısı: “Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır”

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə xarici işlər naziri Bədr əl-Busaidi parlamentlərarası münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrə müsbət təsirini qeyd edərək, bu mənada Milli Məclis sədrinin səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və biznes sahələrində əməkdaşlıq istiqamətində böyük potensialın mövcud olduğunu bildirib. Bu sahələr üzrə əlaqələrin daha da genişlənməsinə parlamentlərin mühüm töhfə verə biləcəyini söyləyib.

Nazir Azərbaycanın strateji coğrafi mövqeyinin logistika və nəqliyyat sahələrində geniş imkanlar yaratdığını, Omanın isə əsas beynəlxalq nəqliyyat yollarının kəsişməsində yerləşməsinin birgə əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
 

S.Qafarova görüşdə Azərbaycan ilə Oman arasında mövcud münasibətlərin möhkəm əsaslara söykəndiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini, Oman Sultanlığının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə bağlı qəbul edilən sənədlərdə ölkəmizə daim dəstək göstərildiyini vurğulayıb.


Görüşdə Azərbaycanın Oman Sultanlığında səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına imkanlar yaratdığı qeyd edilib. İki ölkənin Xarici İşlər və İqtisadiyyat nazirlikləri arasında təmasların əhəmiyyəti də diqqətə çatdırılıb.

S.Qafarova qanunverici orqanlar arasında əməkdaşlığın yüksək qiymətləndirildiyini, parlament diplomatiyası vasitəsilə qarşılıqlı dəstəyin davamlılığının təmin edilməsi istiqamətində ardıcıl səylərin göstərildiyini bildirib.
 

Qeyd olunub ki, 2023-cü ilin yanvarında iki ölkənin spikerlərinin ilk görüşdən sonra parlamentlərarası əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib, müxtəlif səfər və tədbirlər çərçivəsində qarşılıqlı görüşlər keçirilib. Tərəflər həyata keçirilən qarşılıqlı təmasların ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd ediblər.


S.Qafarova vurğulayıb ki, Azərbaycan və Oman sülhpərvər dövlətlərdir və sabitliyin qorunmasına və qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verirlər. Bu baxımdan iki ölkə arasında əlaqələrin inkişafı həm məntiqli, həm də zəruri xarakter daşıyır.

Görüşdə humanitar əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu çərçivədə Leyla Əliyevanın Omana səfərinin mədəni əlaqələrin, humanitar əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
 

Söhbət zamanı regiondakı mövcud vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra ölkəmizin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, xüsusilə Vaşinqton sammitindən sonra Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb.


Həmçinin regionda yeni nəqliyyat bağlantılarının yaradılması istiqamətində görülən işlərin regionda sabitliyə və əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

İlk kruiz gəmisi Hörmüz boğazından yola düşüb

İlk kruiz gəmisi Hörmüz boğazından yola düşüb

ABŞ həftəsonu İranla MÜQAVİLƏ imzalağa hazırlaşır

ABŞ həftəsonu İranla MÜQAVİLƏ imzalağa hazırlaşır

“Qarabağ” – “Sabah” matçında azarkeş rekordu qeydə alına bilər

“Qarabağ” – “Sabah” matçında azarkeş rekordu qeydə alına bilər

Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı

Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı

Diplom hansı halda TANINMIR?

Diplom hansı halda TANINMIR?

Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO

Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTO

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTO

Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

Tramp: İran HƏR ŞEYLƏ razılaşdı...

Tramp: İran HƏR ŞEYLƏ razılaşdı...

“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev

“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri QADAĞAN OLUNDU

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri QADAĞAN OLUNDU

Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu

Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Sumqayıtda QƏZA: ölən var

Sumqayıtda QƏZA: ölən var

Təbiətə 133 mindən çox ziyan vuruldu

Təbiətə 133 mindən çox ziyan vuruldu

Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ

Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ

Livana hücumlarda ölənlərin SAYI

Livana hücumlarda ölənlərin SAYI

Vahan Kostanyan: Ermənistandan Azərbaycana bəzi məhsulların İXRACI gözlənilir

Vahan Kostanyan: Ermənistandan Azərbaycana bəzi məhsulların İXRACI gözlənilir

End of content

No more pages to load

RADİO