Azad Məcidova hakim pensiyası verilmir - 4 881 manatdan narazıdır

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, A.Məcidov ona hakim kimi əmək pensiyasının təyin edilməməsindən şikayət edib.
 

Sabiq hakim iddia ərizəsində göstərib ki, 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Milli Təhlükəsizlik Nazirliyində (hazırda ləğv edilib) çalışıb, rütbəcə polkovnikdir. 2011–2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra Azad Məcidova hakimlik fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib.


Bu səbəbdən o, məhkəməyə müraciət edərək hakim fəaliyyəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edib.

Cavabdeh qismində çıxış edən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə iddianın rədd edilməsini istəyib. Qurum etirazını belə əsaslandırıb ki, mövcud qanunvericiliyə görə, əlavə hakim pensiyası almaq üçün azı 15 il hakim kimi fəaliyyət göstərmək tələb olunur.

Azad Məcidovun isə hakimlik stajı 14 il 4 ay 13 gündür. Lakin Bakı İnzibati Məhkəməsi DSMF-nin arqumentlərini əsassız hesab edib.
 

Qeyd olunub ki, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən müddət ərzində hakim vəzifəsini icra etmiş və pensiya yaşına çatmış şəxslərə son vəzifə maaşlarına mümkün qədər yaxın məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.


Qərara əsasən, Azad Məcidovun iddiası təmin edilib. Məhkəmə DSMF-yə sabiq hakimin pensiyasının yenidən hesablanması öhdəliyini qoyub.

Qeyd edək ki, Azad Məcidov hakim kimi fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərinə baxıb. O, son olaraq Mərkəzi Gömrük Hospitalı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

End of content

No more pages to load

RADİO