Kəmaləddin Heydərov Rusiya FHN nümayəndə heyəti ilə görüşdü - FOTO

Dekabrın 21-də Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qonaqlar əvvəlcə, Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında möhkəm dostluq və qədim tarixə əsaslanan sıx qonşuluq münasibətlərinin olduğunu diqqətə çatdırıb.

Bu çərçivədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edən nazir əlaqələrin yüksələn xətlə inkişafını vurğulayıb, bir sıra aidiyyəti istiqamətlərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar sahədə koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçev iki qurum arasında mövcud əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib.

O, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu, habelə humanitar məsələlərin həlli ilə bağlı hər iki nazirliyin aidiyyəti qurumları arasında mütəmadi görüş və müzakirələrin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol polisi Bakıda reyd keçirdi - VİDEO

Yol polisi Bakıda reyd keçirdi - VİDEO

Kürdəmirdə FACİƏ: Yanacaq balonu partladı, ölən var

Kürdəmirdə FACİƏ: Yanacaq balonu partladı, ölən var

Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi

Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi

Dəhşətli İSTİLƏR gəlir – Həyəcan TƏBİLİ

Dəhşətli İSTİLƏR gəlir – Həyəcan TƏBİLİ

Bir "plastik cərrah" barədə protokol TƏRTİB EDİLDİ

Bir "plastik cərrah" barədə protokol TƏRTİB EDİLDİ

Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır

Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır

İlham Əliyev Corcia Melonini belə qarşıladı – VİDEO

İlham Əliyev Corcia Melonini belə qarşıladı – VİDEO

Parlament Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair AÇIQLAMA YAYDI

Parlament Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair AÇIQLAMA YAYDI

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTO

Bu rayonun 4 kəndində QAZ OLMAYACAQ

Bu rayonun 4 kəndində QAZ OLMAYACAQ

İsti suya görə ödəniş necə hesablanacaq? – Sayğacı olmayanlar üçün YENİ QAYDA

İsti suya görə ödəniş necə hesablanacaq? – Sayğacı olmayanlar üçün YENİ QAYDA

Prezidentin bugünkü Zirvə toplantısındakı çıxışından VİDEOÇARX

Prezidentin bugünkü Zirvə toplantısındakı çıxışından VİDEOÇARX

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik mövsümü bu rayonlarda 1 noyabrda başlayacaq – QƏRAR

İstilik mövsümü bu rayonlarda 1 noyabrda başlayacaq – QƏRAR

Paşinyan sammitdə iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi

Paşinyan sammitdə iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNAT - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNAT - FOTO

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib – FOTO

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib – FOTO

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

End of content

No more pages to load

RADİO