Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu - FOTO

Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) adlı sərgisinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: “Kerol Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik. Eksponatların əksəriyyəti ABŞ-dan, eləcə də Avropanın bir sıra ölkələrindən gətirilib və əsərlərdən biri məhz Bakıda ilk dəfə təqdim olunur”, - deyə Anar Ələkbərov bildirib.

Anar Ələkbərov Kerol Förmenin Azərbaycana ilk dəfə səfər etdiyini, artıq ölkəmizin əsl dostuna çevrildiyini və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfə verdiyini deyərək ona təşəkkürünü bildirib.

Daha sonra çıxış edən heykəltaraş-rəssam Kerol Förmen söyləyib ki, bütün həyatı boyu incəsənət onun əsas ifadə vasitəsi olub, hekayə anlatmaq üçün alətə, ideyaları araşdırmaq üçün yola, duyğuları paylaşmaq üçün isə ən doğma dilə çevrilib.

O vurğulayıb ki, bu möhtəşəm bina və onun memarlığı sərgi üçün ideal məkandır. Heydər Əliyev Mərkəzində hər bir detal sanki suyun ritmini xatırladır, məkanın ümumi forması isə dalğaları andırır. Heykəltaraşın sözlərinə görə, belə bir gözəlliyin qadın memarın ideyası əsasında ərsəyə gəlməsi xüsusilə təsirlidir.

Kerol Förmen qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər su mövzusuna həsr olunub.

“Su insana həyat verir, qidalandırır, təmizləyir və dəyişdirir. Silsilədə suyun çoxşaxəli təbiəti, eləcə də insanın bu vacib ünsürlə qurduğu mürəkkəb münasibətlər müxtəlif bədii yozumlarla təqdim olunub. Xüsusi məna daşıyan əsərlərimdən biri üzgüçü qadın obrazıdır. Bu əsəri həyatımın ən çətin dönəmlərindən birində yaratmışam. Bu obraz mənim üçün yenidən ayağa qalxmağın və dözümlülüyün simvoludur”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Suda yenidən doğulanlar” sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir.

Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir.

Müəllifin “Rut” əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunub.

Kerol Förmen güclü realist təsirə malik heykəllər yaratmaqla məşhurdur, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləri ilə tanınır.

Bakıda təqdim olunan “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.
“Üzgüçülər” seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir. Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur, o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən daxili güc barədə düşünməyi vacib bilir.

Kerol Förmenin əsərləri indiyədək dünyanın nüfuzlu məkanlarında sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda “Park Avenue” və “Central Park”, Nyu-Orleanda “Poydras Corridor”, Parisdə isə “Avenue George V” kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

End of content

No more pages to load

RADİO