Baş prokurorluqdan xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır

Baş prokurorluq Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakının cinatyət olduğu barədə xəbərdarlıq yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda qeyd olunur ki, son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və mediada yayılan məlumatlara əsasən Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycan Respublikasının bəzi vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Mənəvi və hüquqi CİNAYƏT – Rusiya ordusuna qoşulan vətəndaşlarımızı NƏ GÖZLƏYİR?


“Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var. 

Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının həyatını, təhlükəsizliyini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə zidd fəaliyyət göstərən, hüquq qaydalarını pozan hər bir şəxsə münasibətdə hüquqi məsuliyyətin qaçılmazlığı prinsipi əsasında qətiyyətli və barışmaz mövqe nümayiş etdirir.

Belə ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir. 


Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər.

Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.

Ölkəmizin hüquq-mühafizə orqanları qeyd olunan qanunsuzluqların qarşısının alınması və qanuna zidd əməllərə yol verənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri görməkdədir”, deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Konstitusiyaya əsasən Azərbaycan vətəndaşının vəzifəsi öz dövlətinin qanunlarına riayət etmək və öz vətənini müdafiə etməkdir.  Heç bir maddi maraq sizin həyatınızdan, azadlığınızdan və gələcəyinizdən daha əhəmiyyətli ola bilməz.

Qanunsuz fəaliyyətlərdən çəkinmək və milli maraqları uca tutmaq isə hər birimizin mənəvi və hüquqi məsuliyyətidir.

Vətəndaşlarımızı ayıq-sayıq olmağa, qanunsuz çağırışlara uymamağa və dövlətimizin qanunlarına hörmətlə yanaşmağa çağırırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

End of content

No more pages to load

RADİO