Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Romantik münasibətlərdə tərəfdaşlar bir-birinə daim dəstək olur, çətinlikləri birlikdə aşmağa, problemləri həll etməyə və irəliləməyə kömək edirlər. “Psychology Today” nəşri üçün yazan fəlsəfə doktoru Ceremi Nikolsonun sözlərinə görə, söhbət sadəcə “xidmət mübadiləsi”ndən yox, emosional müstəvidən gedir və burada əsas rolu minnətdarlıq oynayır.

Bizim.Media xəbər verir ki, yeni tədqiqatlar göstərir ki, kişilər və qadınlar bu minnətdarlığı fərqli qəbul edirlər. 2024-cü ildə 163 cütlüyün iştirakı ilə aparılan araşdırmada alimlər yardım, minnətdarlıq və münasibətlərdən məmnunluq arasındakı əlaqəni təhlil ediblər.

Məlum olub ki, kişilər üçün yardımın özü daha önəmlidir – onlar partnyorlarına faydalı olduqlarını hiss etdikdə, hətta qadın bunu hər zaman açıq şəkildə ifadə etməsə belə, münasibətlərdə özlərini daha xoşbəxt sayırlar. Bununla belə, kişi öz əməyinin dəyərləndirildiyini hiss etdikdə, münasibətlərdən məmnunluq səviyyəsi daha da yüksəlir.

Qadınlar üçün isə vəziyyət fərqlidir. Onların münasibətlərdən razılığı birbaşa partnyordan minnətdarlıq hiss edib-etməmələri ilə bağlıdır. Əgər qadın öz səylərinin görüldüyünü və qiymətləndirildiyini hiss etmirsə, hətta fəal şəkildə dəstək göstərsə belə, bu, ona münasibətdə xoşbəxtlik hissi vermir.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, kişilər ümumilikdə daha çox praktik dəstək göstərir, qadınlar isə daha tez-tez minnətdarlıq ifadə edirlər. Buna baxmayaraq, orta hesabla münasibətlərdən daha az razı qalan tərəf məhz qadınlar olub. Bu isə dərin bir disbalansa işarə edir: kişilər emosional siqnalları nəzərə almadan cütlükdəki harmoniyanı şişirdə, qadınlar isə sözlərlə ifadə olunmayan töhfəni yetərincə dəyərləndirməyə bilərlər.

Qeyd edək ki, daha əvvəl tədqiqatçılar kişi dostluğunun, yoxsa qadın dostluğunun daha möhkəm olması məsələsini də araşdırmışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi

Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi

Argentina hökumətində korrupsiya qalmaqalı: Baş nazir istefa verdi

Argentina hökumətində korrupsiya qalmaqalı: Baş nazir istefa verdi

Təhlükəli motosiklet sürücüsünü polis saxladı

Təhlükəli motosiklet sürücüsünü polis saxladı

İranın ABŞ-ın Bəhreyndəki bazasına vurduğu ziyan AÇIQLANDI

İranın ABŞ-ın Bəhreyndəki bazasına vurduğu ziyan AÇIQLANDI

Messi DÇ-nin bombardiri oldu - VİDEO

Messi DÇ-nin bombardiri oldu - VİDEO

İsrail ordusu Livanda "Hizbullah" yaraqlılarını məhv etdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah" yaraqlılarını məhv etdi - VİDEO

Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO

Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO

Ermənistan İran sərhədi yaxınlığında yeni tunelin tikintisinə başladı

Ermənistan İran sərhədi yaxınlığında yeni tunelin tikintisinə başladı

Polşa Rusiyanın Qdanskdakı keçmiş baş konsulluğunun binasını məhkəmə yolu ilə milliləşdirir

Polşa Rusiyanın Qdanskdakı keçmiş baş konsulluğunun binasını məhkəmə yolu ilə milliləşdirir

Argentina dövlət borcunu ödəməyin yolunu tapdı

Argentina dövlət borcunu ödəməyin yolunu tapdı

Cənubi Koreya təlimlərdə ilk dəfə PUA sürüsünü darmadağın etdi - VİDEO

Cənubi Koreya təlimlərdə ilk dəfə PUA sürüsünü darmadağın etdi - VİDEO

Tramp "The Boys" serialının qəhrəmanı obrazında - FOTO

Tramp "The Boys" serialının qəhrəmanı obrazında - FOTO

Gecə saatlarında Rusiyanın iki neft emalı zavoduna zərbələr endirildi - FOTO-VİDEO

Gecə saatlarında Rusiyanın iki neft emalı zavoduna zərbələr endirildi - FOTO-VİDEO

Parisdə istilər: 109 nəfər VƏFAT ETDİ - VİDEO

Parisdə istilər: 109 nəfər VƏFAT ETDİ - VİDEO

Yaponiyada güclü ZƏLZƏLƏ

Yaponiyada güclü ZƏLZƏLƏ

Bakıda boru partladı, küçəni su basdı - VİDEO

Bakıda boru partladı, küçəni su basdı - VİDEO

İran XİN-dən ABŞ-ın endirdiyi zərbələrə KƏSKİN REAKSİYA

İran XİN-dən ABŞ-ın endirdiyi zərbələrə KƏSKİN REAKSİYA

Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO

Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO

Qrup mərhələsi başa çatdı: Pley-offa yüksələn 32 komanda bəlli oldu: Kim kimlə oynayacaq?

Qrup mərhələsi başa çatdı: Pley-offa yüksələn 32 komanda bəlli oldu: Kim kimlə oynayacaq?

Türkiyə Venesuelaya xilasedici qrup göndərdi

Türkiyə Venesuelaya xilasedici qrup göndərdi

DÇ-2026: Messi mundiallar tarixində 19-cu qolunu vurdu - VİDEO

DÇ-2026: Messi mundiallar tarixində 19-cu qolunu vurdu - VİDEO

Venesuelada 11 yaşlı uşaq 70 saatdan sonra dağıntılar altından xilas edildi - VİDEO

Venesuelada 11 yaşlı uşaq 70 saatdan sonra dağıntılar altından xilas edildi - VİDEO

Tramp: Əgər bu baş verərsə, İran artıq mövcud olmayacaq

Tramp: Əgər bu baş verərsə, İran artıq mövcud olmayacaq

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

End of content

No more pages to load

RADİO