Kupyanskı qazandı, bütün Donetski itirir... – Ukrayna savaşında GÖZLƏNİLMƏZ VƏZİYYƏT

Xəbər verdiyimiz kimi, Ukraynanın Müdafiə Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhəri istiqamətində hücuma keçərək mühüm üstünlük əldə edib.

Məlumata görə, Kupyansk Ukraynanın nəzarəti altına keçib. Hazırda ərazidə Ukrayna ordusu tərəfindən təmizləmə əməliyyatı aparılır. Onu da qeyd edək ki, Kupyansk azad edildikdən dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciət yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Avropa İttifaqı savaşının ANONSU – Bu tarixədək başlayacaq


Kupyanskın azad olunmasının önəmi

Ümumilikdə isə şəhərin Ukraynanın nəzarətinə keçməsi iki məqama görə xüsusi əhəmiyyət daşıyır.

Birincisi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov noyabrın 20-də Xarkov vilayətinin Kupyansk şəhərinin nəzarət altına alındığını Putinə məruz etmişdi. Bu hadisə Rusiyada böyük qələbə kimi təqdim olunurdu. Cəmi 20 gün sonra şəhərin yenidən itirilməsi həm siyasi, həm hərbi, həm də psixoloji cəhətdən Rusiyaya ciddi zərbədir.

Digər tərəfdən, bu hadisə Ukraynada müharibənin dayandırılması üçün danışıqların intensivləşdiyi bir ərəfəyə təsadüf edir. Berlində ABŞ Prezidenti Donald Trampın nümayəndələrilə Ukrayna rəsmiləri arasında danışıqlara start verilib. Hətta Zelenski güclü təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə, ölkəsinin NATO-dan imtina edəcəyini də bildirib. 

Görəsən, Ukrayna ordusunun Kupyansk istiqamətində üstünlüyə nail olması savaşın gedişinə və sülh danışıqlarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Kupyansk şəhərinin rus işğalından azad olunması danışıqlara heç bir təsir göstərməyib və göstərməyəcək:

“Rusiya şəhərin hələ də əllərində olduğunu bəyan edir. Amma güman ki, şəhərin böyük hissəsi Ukrayna ordusu tərəfindən azad olunub. ABŞ-la Ukrayna arasında Berlində dünən başlanan danışıqlar bu gün davam edəcək. Kupyansk şəhərinin azad olunduğu bir məqamda Zelenski iki mühüm güzəşt barədə bəyanat verdi. O, bəyan etdi ki, Donetsk vilayətinin Kiyevin nəzarətində olan hissəsindən Ukrayna ordusunun çıxmasından sonra orada azad iqtisadi zonanın yaradılmasına razıdır. Yəni Ukraynanın tərk etdiyi ərazidə rus ordusu olmamalıdır.

Zelenski mövcud şəraitdə həmin ərazinin nə Rusiya, nə də Ukraynanın nəzarətində olmasını istəyir. Ancaq Moskva bununla razı deyil və görünür son nəticədə Rusiyanın istədiyi olacaq. Çünki ABŞ-da bunu istəyir. İkinci mühüm güzəşt Zelenskinin Ukraynanın NATO-ya üzv olmaq istəyindən imtina olmağa hazır olması bəyanatıdır.

Ekspert qeyd edir ki, Kupyanskın azad edilməsi Kiyevin mövqeyinin möhkəmlənməsinə xidmət etməyib:

“Rusiyanın Ukraynaya hücum etməsinə bəhanə verən əsas tələb qəbul olunur. Yəni əsas prinsipial iki məsələdə artıq irəliləyiş var. Ukrayna öz mövqeyindən çəkilib. Bu isə ola bilsin, yaxın günlərdə müəyyən razılaşmalara gətirib çıxartsın. Kupyansk şəhərinin azad edilməsi isə danışıqlarda Kiyevin mövqeyini möhkəmləndirmədi, əksinə, iki prinsipial məsələdə Ukrayna öz mövqeyinən çəkildiyini bəyan etdi”. 

Rüfət Sultan, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şirvan Milli Parkından rəngli FOTOLAR

Şirvan Milli Parkından rəngli FOTOLAR

"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzəltdi"

"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzəltdi"

Hipertoniya üçün ən yaxşı pəhriz -Kardioloq nələri məsləhət görür?

Hipertoniya üçün ən yaxşı pəhriz -Kardioloq nələri məsləhət görür?

Quba-Xınalıq yolunda intensiv yağışlar yenidən fəsadlar törətdi – FOTO/VİDEO

Quba-Xınalıq yolunda intensiv yağışlar yenidən fəsadlar törətdi – FOTO/VİDEO

Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - FOTOLAR

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - FOTOLAR

Polşada sərnişin qatarı yük maşınını parçalara böldü – ANBAAN VİDEO

Polşada sərnişin qatarı yük maşınını parçalara böldü – ANBAAN VİDEO

Vüsalənin qızı ilə Avropa tətili -Fotolar

Vüsalənin qızı ilə Avropa tətili -Fotolar

Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video

Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

Biləcəri sakinlərinin DİQQƏTİNƏ – Yol tam BAĞLANACAQ

Biləcəri sakinlərinin DİQQƏTİNƏ – Yol tam BAĞLANACAQ

Yuxudan boğularaq oyananlara ŞAD XƏBƏR – Dərmanı tapıldı

Yuxudan boğularaq oyananlara ŞAD XƏBƏR – Dərmanı tapıldı

Goranboyda ağırtonnajlı avtomobil qəza törətdi – Yanacaq asfalta dağıldı – FOTO/VİDEO

Goranboyda ağırtonnajlı avtomobil qəza törətdi – Yanacaq asfalta dağıldı – FOTO/VİDEO

Renat Dadaşov Ukrayna klubuna KEÇİR

Renat Dadaşov Ukrayna klubuna KEÇİR

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

“Hörümçək adam"ın tarixi uğuru

“Hörümçək adam"ın tarixi uğuru

Payız fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

Payız fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

Taliska “Fənərbaxça”dan getdi

Taliska “Fənərbaxça”dan getdi

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

End of content

No more pages to load

RADİO