İyun ayından bəri "Hizbullah"ın 100-ə yaxın üzvü, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin hərbi müşavirləri Əli əl-Tahir silsiləsi rayonundakı tunellərdə mühasirədə qalıb.
Bizim.Media "The New York Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə SEPAH nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, "Hizbullah" dəfələrlə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə tunellərdə qalan döyüşçülərə ərzaq və su çatdırmağa cəhd edib.
Lakin İsrail hərbçiləri azuqə götürmək üçün çölə çıxan şəxsləri dərhal məhv ediblər.
Məlumata görə, İran və "Hizbullah" ilk növbədə silah-sursatı təxliyə etməyə və blokadada qalan şəxsləri xilas etməyə çalışsalar da, hazırda uğurlu əməliyyatın keçirilməsi şansları kəskin şəkildə azalır.
Bizim.Media