İlham Əliyev Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir.
 

Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə ali təhsil almışdır.


Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını almışdır.

Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı dəri-qalantereya fabrikində və Bakı avtomobil ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışmışdır. O, 1965–1966-cı illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük və baş iqtisadçı, 1970–1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor, 1987–1991-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutmuşdur.

Vahid Axundov 1991–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ilin may–noyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirin baş iqtisadi müşaviri olmuşdur. O, 1993-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsini icra etmişdir.
 

Vahid Axundov uzun illər Azərbaycanın milli maraqlarının qorunması naminə bilik və bacarığını əsirgəməyərək, peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkədə iqtisadi islahatların uğurla aparılmasında, iqtisadiyyatın bütün sahələrinin dinamikliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.


Öz işində hər zaman obyektivlik və prinsipiallıq nümayiş etdirməklə dövlətçilik mövqeyindən çıxış etməsi ona dərin hörmət və ehtiram qazandırmışdır. Vahid Axundovun tədqiqatçı alim kimi iqtisadiyyatın ayrı-ayrı problemlərinin öyrənilməsinə dair 150-dən artıq sanballı araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır.

Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1992-ci ildə “Əməkdar elm xadimi”, 2006-cı ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülmüş, 2007-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Vahid Cümşüd oğlu Axundovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Şahmar Mövsümov

Natiq Əmirov

Mikayıl Cabbarov

Azər Əmiraslanov

Ziyad Səmədzadə"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şirvan Milli Parkından rəngli FOTOLAR

Şirvan Milli Parkından rəngli FOTOLAR

"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzəltdi"

"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzəltdi"

Hipertoniya üçün ən yaxşı pəhriz -Kardioloq nələri məsləhət görür?

Hipertoniya üçün ən yaxşı pəhriz -Kardioloq nələri məsləhət görür?

Quba-Xınalıq yolunda intensiv yağışlar yenidən fəsadlar törətdi – FOTO/VİDEO

Quba-Xınalıq yolunda intensiv yağışlar yenidən fəsadlar törətdi – FOTO/VİDEO

Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - FOTOLAR

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - FOTOLAR

Polşada sərnişin qatarı yük maşınını parçalara böldü – ANBAAN VİDEO

Polşada sərnişin qatarı yük maşınını parçalara böldü – ANBAAN VİDEO

Vüsalənin qızı ilə Avropa tətili -Fotolar

Vüsalənin qızı ilə Avropa tətili -Fotolar

Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video

Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

Biləcəri sakinlərinin DİQQƏTİNƏ – Yol tam BAĞLANACAQ

Biləcəri sakinlərinin DİQQƏTİNƏ – Yol tam BAĞLANACAQ

Yuxudan boğularaq oyananlara ŞAD XƏBƏR – Dərmanı tapıldı

Yuxudan boğularaq oyananlara ŞAD XƏBƏR – Dərmanı tapıldı

Goranboyda ağırtonnajlı avtomobil qəza törətdi – Yanacaq asfalta dağıldı – FOTO/VİDEO

Goranboyda ağırtonnajlı avtomobil qəza törətdi – Yanacaq asfalta dağıldı – FOTO/VİDEO

Renat Dadaşov Ukrayna klubuna KEÇİR

Renat Dadaşov Ukrayna klubuna KEÇİR

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

“Hörümçək adam"ın tarixi uğuru

“Hörümçək adam"ın tarixi uğuru

Payız fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

Payız fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

Taliska “Fənərbaxça”dan getdi

Taliska “Fənərbaxça”dan getdi

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

End of content

No more pages to load

RADİO