Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi YARADILACAQ – FƏRMAN

Prezident İlham Əliyev idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının "ağıllı" idarə edilməsi sisteminin tətbiqi məqsədilə "Bir pəncərə" informasiya sistemi yaradılacaq.

Xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

- tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;

- nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;

- sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;

- yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;

- daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;

- ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi;

Sistemin sahibi funksiyalarını Nazirlər Kabineti, operatoru funksiyalarını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) həyata keçirir.

Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında ölkənin normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.

Nazirlər Kabineti 9 ay müddətində Sistemin əsasnaməsinin layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, beynəlxalq təcrübəni nəzərə almaqla, idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılmasının təmin olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, RİNN və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında Sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

RİNN Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görməli, Sistemin Prezidentin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının mülkiyyətçilərinə (sahiblərinə və ya operatorlarına) təqdim etməlidir.

RİNN ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Prezidentin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şirvan Milli Parkından rəngli FOTOLAR

Şirvan Milli Parkından rəngli FOTOLAR

"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzəltdi"

"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzəltdi"

Hipertoniya üçün ən yaxşı pəhriz -Kardioloq nələri məsləhət görür?

Hipertoniya üçün ən yaxşı pəhriz -Kardioloq nələri məsləhət görür?

Quba-Xınalıq yolunda intensiv yağışlar yenidən fəsadlar törətdi – FOTO/VİDEO

Quba-Xınalıq yolunda intensiv yağışlar yenidən fəsadlar törətdi – FOTO/VİDEO

Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - FOTOLAR

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - FOTOLAR

Polşada sərnişin qatarı yük maşınını parçalara böldü – ANBAAN VİDEO

Polşada sərnişin qatarı yük maşınını parçalara böldü – ANBAAN VİDEO

Vüsalənin qızı ilə Avropa tətili -Fotolar

Vüsalənin qızı ilə Avropa tətili -Fotolar

Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video

Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

Biləcəri sakinlərinin DİQQƏTİNƏ – Yol tam BAĞLANACAQ

Biləcəri sakinlərinin DİQQƏTİNƏ – Yol tam BAĞLANACAQ

Yuxudan boğularaq oyananlara ŞAD XƏBƏR – Dərmanı tapıldı

Yuxudan boğularaq oyananlara ŞAD XƏBƏR – Dərmanı tapıldı

Goranboyda ağırtonnajlı avtomobil qəza törətdi – Yanacaq asfalta dağıldı – FOTO/VİDEO

Goranboyda ağırtonnajlı avtomobil qəza törətdi – Yanacaq asfalta dağıldı – FOTO/VİDEO

Renat Dadaşov Ukrayna klubuna KEÇİR

Renat Dadaşov Ukrayna klubuna KEÇİR

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

“Hörümçək adam"ın tarixi uğuru

“Hörümçək adam"ın tarixi uğuru

Payız fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

Payız fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

Taliska “Fənərbaxça”dan getdi

Taliska “Fənərbaxça”dan getdi

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

End of content

No more pages to load

RADİO