Turində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin aparıcılarının adları açıqlanıb.
Bizim.Media müsabiqənin saytına istinadən xəbər verir ki, onlar Laura Pauzini, Alessandro Kattelan və Mikadır.
Laura Pauzini - italyan müğənnisidir, bir çox nüfuzlu mükafatların, o cümlədən “Qremmi” və “Qızıl Qlobus”un qalibidir.
Alessandro Kattelan – “Total Request Live”, “Le Iene” və “The X Factor” (İtaliya) layihələri ilə tanınan italyan televiziya aparıcısıdır.
Mika - Amerika-Livan əsilli Britaniya müğənnisidir. O, “Səs”in fransız versiyası və “X Factor”un italyan versiyası üzrə mentor olub.
Bizim.Media