Azərbaycanda 4 günlük iş qrafikinə keçiləcək?

Dünyanın bir sıra ölkələrində uğurlu sınaqları keçirilən 4 günlük iş həftəsi modeli Azərbaycanda da vaxtaşırı müzakirə mövzusuna çevrilir. Xüsusilə yeni ilin yaxınlaşması fonunda “Yanvardan etibarən ölkədə belə bir sistem tətbiq oluna bilərmi?” sualı ictimai rəydə aktuallıq qazanıb. Bəs, beynəlxalq təcrübə Azərbaycanda tətbiqə nə dərəcədə uyğun gəlir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “konkret.az”a açıqlamasında bunun hazırkı mərhələdə real olmadığını bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanın əmək bazarının strukturu belə bir modelə keçidə imkan vermir.

O qeyd edir ki, ölkədə müqavilə ilə çalışanların təxminən yarısı dövlət və büdcə təşkilatlarında işləyir:
 

“İki mindən çox məktəbin, geniş təhsil sisteminin 4 günlük iş rejiminə keçirilməsi praktik olaraq mümkün deyil. Beşinci gün dərslər olmayacaqmı? Polis, prokurorluq və digər dövlət qurumları necə 4 günlük iş rejiminə keçə bilər?” – Cəfərli vurğulayıb.


Onun sözlərinə görə, özəl sektorda da ciddi çətinliklər yaranacaq. Xüsusilə bank sisteminin 4 günlük qrafikə uyğunlaşmasının qeyri-mümkün olduğunu deyən ekspert bildirir ki, beynəlxalq pul köçürmələri və bank xidmətləri fasiləsiz fəaliyyət tələb edir.

“Özəl sektora bununla bağlı göstəriş vermək də mümkün deyil. Belə olan halda şirkətlər işçiləri növbələrə böləcək və maaşların azaldılması kimi hallar ortaya çıxacaq. Bir işçi 4 gün, digəri 3 gün işləyəcək və daha az əməkhaqqı alacaq”, – deyə Natiq Cəfərli qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycanın iqtisadi modeli və əmək bazarının mövcud inkişaf səviyyəsi 4 günlük iş həftəsinə keçidi indiki şərtlərdə mümkün etmir:
 

“Azərbaycan iqtisadiyyatı hələ bu modeli tətbiq edəcək dərəcədə inkişaf etməyib. Yaxın perspektivdə belə bir keçidin baş tutacağını düşünmürəm”.


Qeyd edək ki, bir sıra Qərb ölkələrində 4 günlük iş həftəsi ilə bağlı sınaqlar tətbiq edilsə də, ekspertlər bu təcrübənin Azərbaycan reallığına uyğun olmadığını bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabadda uçan körpü yenidən tikiləcək

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Dönərxanada baş verən yanğın söndürüldü

Dönərxanada baş verən yanğın söndürüldü

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO

Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Hindistan Ermənistana "Pinaka" raketləri göndərdi

Hindistan Ermənistana "Pinaka" raketləri göndərdi

Xalq artistinin oğlunun toyudur - VİDEO

Xalq artistinin oğlunun toyudur - VİDEO

Suriyada atəşkəs ELAN EDİLDİ

Suriyada atəşkəs ELAN EDİLDİ

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - Xəsarət alan var

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - Xəsarət alan var

Şəkidə ağır qəza: Yaralanan var - ÖZƏL

Şəkidə ağır qəza: Yaralanan var - ÖZƏL

Bazarlarda kərə yağı ilə bağlı SON DURUM

Bazarlarda kərə yağı ilə bağlı SON DURUM

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

Etirazlarda ölənlərin yarısından çoxu türkdü – Bir ananın FƏRYADI - VİDEO

Etirazlarda ölənlərin yarısından çoxu türkdü – Bir ananın FƏRYADI - VİDEO

End of content

No more pages to load

RADİO