Prezidentin köməkçisi: Biz sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmirik

“Xalqlarımızı sülhə hazırlamalıyıq”.

Bizim.Media xəbər verir ki, bunu Qətərdə keçirilən “Doha Forumu”nda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üçün müharibə və münaqişə bitib.

Onun sözlərinə görə, sülh rifah yaratmalı, inkişaf təmin etməli, Cənubi Qafqazın bütün geosiyasi mənzərəsini dəyişməlidir.

Bu aspektdə xalqlar arasında etimadın önəmli olduğunu vurğulayan Hikmət Hacıyev bildirib ki, Azərbaycan sülhü əbədi, davamlı və geri dönməz etmək istəyir:
 

“Bunun üçün çox çalışmalıyıq. Bilirik ki, bəzən sülhü pozmaq istəyən qüvvələr ola bilər. Biz elə regional təhlükəsizlik arxitekturası qurmalıyıq ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. Bunun üçün əvvəlcə hökumətlər arasında etimad lazımdır. Məmnuniyyətlə deyə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır.


Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır. Biz xalqlarımızı sülhə hazırlamalıyıq. Azərbaycanın mesajı həmişə belə olub ki, biz sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmirik, həm də Ermənistan xalqı ilə imzalamaq istəyirik ki, gələcək nəsillər də bunun faydasını görsün. Biz etimad quruculuğu tədbirləri üzərində işləyirik. Bilirik ki, bu çətindir. Cəmiyyətimizdə yaralar hələ təzədir, 30 illik münaqişə, son beş ildə eskalasiyalar və real müharibə vəziyyəti yaşanıb. Amma ən əsası budur ki, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürüb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcək

"Fənərbağça" son anda qələbəni əldən verdi

"Fənərbağça" son anda qələbəni əldən verdi

Ceyran Haşımova mirasını açıqladı - VİDEO

Ceyran Haşımova mirasını açıqladı - VİDEO

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından altı il ÖTÜR

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından altı il ÖTÜR

İstanbulda sel mağazanı yararsız hala saldı - VİDEO

İstanbulda sel mağazanı yararsız hala saldı - VİDEO

Trampdan VƏD: Respublikaçılara 400 milyon dollardan çox vəsait xərcləyəcək

Trampdan VƏD: Respublikaçılara 400 milyon dollardan çox vəsait xərcləyəcək

“Sabah” – “Borussiya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” – “Borussiya” matçının ƏN YAXŞISI seçildi

Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? - VİDEO

Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? - VİDEO

Bakıda 17 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - FOTO

Bakıda 17 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - FOTO

Tramp Ukraynanı razılaşmaya ÇAĞIRDI: “Əks halda, çox pis olacaq” - VİDEO

Tramp Ukraynanı razılaşmaya ÇAĞIRDI: “Əks halda, çox pis olacaq” - VİDEO

Sakinlərin DİQQƏTİNƏ: Bakının 3 rayonunda su olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bakının 3 rayonunda su olmayacaq

Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

Fransada “Lacoste” mağazasından ayaqqabı götürən polislər gündəm oldu - VİDEO

"Buna görə insanlardan qaçırdım"

"Buna görə insanlardan qaçırdım"

"Sabah" "Borussiya"ya UDUZDU - VİDEO

"Sabah" "Borussiya"ya UDUZDU - VİDEO

Zelenski: “ABŞ Ukraynaya güclü zəmanətlər vəd etdi”

Zelenski: “ABŞ Ukraynaya güclü zəmanətlər vəd etdi”

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirildi - FOTO

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirildi - FOTO

Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib

Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib

"Borussiya" hesabda önə keçdi - VİDEO

"Borussiya" hesabda önə keçdi - VİDEO

Culfada AĞIR QƏZA: 4 yaşlı uşaq öldü, 8 yaralı var - FOTO

Culfada AĞIR QƏZA: 4 yaşlı uşaq öldü, 8 yaralı var - FOTO

BMW-dən QEYRİ-ADİ ADDIM: İşdən çıxana 600 min avro ödənildi

BMW-dən QEYRİ-ADİ ADDIM: İşdən çıxana 600 min avro ödənildi

Abşeronda təmir işləri: Sürücülərə XƏBƏRDARLIQ

Abşeronda təmir işləri: Sürücülərə XƏBƏRDARLIQ

"Sabah"dan "Borussiya"ya cavab qolu - VİDEO

"Sabah"dan "Borussiya"ya cavab qolu - VİDEO

Moskva Vaşinqtona şərtini AÇIQLADI: “Siyasi güzəşt olmayacaq”

Moskva Vaşinqtona şərtini AÇIQLADI: “Siyasi güzəşt olmayacaq”

Şans üç bürcə tərəf dönəcək: Dəyişikliklərə hazır olun

Şans üç bürcə tərəf dönəcək: Dəyişikliklərə hazır olun

End of content

No more pages to load

RADİO