“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov

“Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun intizamını pozmamaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Karvan-Yevlax" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.

Təcrübəli mütəxəssis rəqibin onları yaxşı analiz etdiyini və 80-ci dəqiqəyə qədər ciddi müqavimət göstərdiyini vurğulayıb:
 

“Rəqib sənə oynamaq imkanı vermir, sən də axtarışda olursan ki, onu səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzuli Məmmədova uğurlar arzulayıram”.


"Qarabağ"ın baş məşqçisi karyerasındakı 800-cü oyununu arxada qoymasına münasibət bildirib.

O, bu statistikanı şəxsən hesablamadığını, lakin uğurlu rəqəmlərin ona əlavə motivasiya verdiyini qeyd edib:

“Özüm heç vaxt belə şeyləri hesablamıram. Sadəcə, bəlkə bu, mənə əlavə həvəs verir. Əgər uğurlu statistikam varsa, buna sevinməliyəm. Hər futbolçunun çatmaq istədiyi rəqəmlər, hər məşqçinin isə arzuladığı karyera olur. Əgər 200-300 uğurlu oyun keçirmişəmsə, niyə də 1000-ə çatmasın? Uğursuz olduğu halda isə bəlkə də bunun xüsusi mənası qalmaz. Hər bir halda üzərimizə düşən işi yerinə yetirməliyik. Qarşıdakı illərdə də daha intizamlı və məsuliyyətli olmağa çalışacağıq.”

Mütəxəssis Avrokubok matçlarında “Qarabağ”ın 65-70-ci dəqiqələrdə daha çox qol buraxması məsələsinə də aydınlıq gətirib:

"Bunun, hər hansı səbəbi yoxdur. Ola bilər ki, rəqib daha çox hücumda olur, bizi məcbur edir səhv buraxmağa. Həmişə bildirmişəm ki, 90 dəqiqə oyundan qopmamalıyıq, konsentrasiyamız qaydasında olmalıdır. Götür-qoy etməmişəm bu barədə".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda təmir zamanı tarixi binaya vurulan zərər aradan qaldırılır – FOTO

Bakıda təmir zamanı tarixi binaya vurulan zərər aradan qaldırılır – FOTO

Milli Məclisin iclası BAŞLADI - Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI - Hansı məsələlər müzakirə olunur?

İtaliya Superkubokunda ilk finalçı bəlli oldu - VİDEO

İtaliya Superkubokunda ilk finalçı bəlli oldu - VİDEO

AQTA-dan saxta spirtli içkilərlə bağlı ÇAĞIRIŞ

AQTA-dan saxta spirtli içkilərlə bağlı ÇAĞIRIŞ

“Zəngəzurdan keçən dəmir yolu Azərbaycanın mülkiyyətidir” – 34 il əvvəlki razılaşma ilə bağlı SENSASİON DETALLAR

“Zəngəzurdan keçən dəmir yolu Azərbaycanın mülkiyyətidir” – 34 il əvvəlki razılaşma ilə bağlı SENSASİON DETALLAR

Əfqanıstanda güclü ZƏLZƏLƏ oldu - FOTO

Əfqanıstanda güclü ZƏLZƏLƏ oldu - FOTO

Fərid Mansurov maşını əks istiqamətdə saxladı - Video

Fərid Mansurov maşını əks istiqamətdə saxladı - Video

Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı

Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı

Prezident: “Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub”

Prezident: “Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub”

Novxanıda restoranda YANĞIN – VİDEO/YENİLƏNİB

Novxanıda restoranda YANĞIN – VİDEO/YENİLƏNİB

Prezident beynəlxalq konqresin iştirakçılarına MÜRACİƏT ETDİ

Prezident beynəlxalq konqresin iştirakçılarına MÜRACİƏT ETDİ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Bu xoşagəlməz hadisəni hər kəs yaşaya bilər” – Əhaliyə ÇAĞIRIŞ

“Bu xoşagəlməz hadisəni hər kəs yaşaya bilər” – Əhaliyə ÇAĞIRIŞ

Bakının mərkəzində boru PARTLADI: Nizami küçəsini SU BASDI – VİDEO

Bakının mərkəzində boru PARTLADI: Nizami küçəsini SU BASDI – VİDEO

Paytaxtda “Kənddən Şəhərə” Yeni il yarmarkası BAŞLAYIR

Paytaxtda “Kənddən Şəhərə” Yeni il yarmarkası BAŞLAYIR

ABŞ "Green Card"la ölkəyə gəlişi DAYANDIRIR

ABŞ "Green Card"la ölkəyə gəlişi DAYANDIRIR

DİQQƏT! Masazırın bu ərazilərində 5 saat işıq olmayacaq

DİQQƏT! Masazırın bu ərazilərində 5 saat işıq olmayacaq

Gələn ildən pensiya yaşı artırılır

Gələn ildən pensiya yaşı artırılır

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Tovuzda evdən meyit TAPILDI

Tovuzda evdən meyit TAPILDI

GÜNÜN HAVASI: Duman, şaxta...

GÜNÜN HAVASI: Duman, şaxta...

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

End of content

No more pages to load

RADİO