Tanınmış aktrisa Bakı-Sumqayıt avtobusunun sürücüsünü "102"yə şikayət edəcək - Tələbələrlə mahnı oxuyurmuş

Tanınmış aktrisa Zülfiyyə Qurbanova Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobus sürücüsündən "102"yə şikayət etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, o bu haqda sosial media hesabında paylaşım edib:

"Bilənlər bilir ki, mən Sumqayıt şəhərində yaşayıram, artıq 22 ildən çoxdur hər gün Sumqayıt-Bakı yolunu gedib-gəlirəm.

Hər gün evin yaxınlığındakı dayanacaqdan mikroavtobuslara minib işə gedirəm. Bu gün də o günlərdən biri idi. Mikroavtobusun (sprinter) biri gəldi və düz yanımda saxladı, mindim.

Avtobusun üstündə "20 Yanvar" yazılmışdı. Bu, o deməkdir ki, "20 Yanvar"a sərnişin daşıyır. Yol getdikcə gördüm ki, sürücü musiqiyə ən yuxarı həddə qədər səs verib. Avtobusda oturan qızlar və oğlanlar ona qoşulub mədəniyyətsizcəsinə oxuyurlar, oxumurlar, böyürürlər.

Sənin şəxsi sərhədlərin mənim rahatlığımı pozduğu yerdə bitir. Qulağımda qulaqcıq Bakıya çatana qədər dözməyə çalışdım, amma dözüləsi deyildi. Bu arada, deyim ki, maşında oturan sərnişinlər Sumqayıt şəhərində və Saray qəsəbəsində yaşayan tələbələr idi. Bir neçə nəfər mənim kimi yeri boş qalmasın deyə yığdıqlari idi. Dözmədim, iradımı bildirdim. Elədiyinin düzgün olmadığını, bizi düşürəndən sonra nə istəyirlərsə, onu etsinlər deyə etiraz etdim. Qeyd edim ki, sürücü yanındakı qızlarla danışır, söhbətə başı qarışaraq, dəfələrlə maşını təhlükəli sürürdü. Ona irad bildirəndə sürücü "maşın mənimdir, nə istəyirəm edirəm. Siz mənim maşınıma minmisiz", dedi. Mən ona sizin şəxsi maşınınız o zaman olur ki, onu ictimai nəqliyyat kimi istifadə etmirsiniz deyə cavab verdim. O, mənə "mən maşında tələbələri daşıyıram, siz özünüz mindiniz dedi . Halbuki yalan deyir. Dayanacaqda saxlayıb adam yığdı. O yığılan adamlardan biri də mən idim.

Əgər yalnız tələbələrdən ibarət sərnişin yığırdısa, maşının üzərinə servis və ya sifariş yazmalı idi. Və ya "20 Yanvar" sözünü götürməli idi. Mənə dedi ki, "hara istəyirsənsə, şikayət elə, əcəb edirəm, kefim bilər. İstəsəm sizi mənə irad bildirəndə maşından düşürərəm".

Tələbə adını daşıyanlar hər gün gedib gəldikləri sürücülərini mədəniyyətsizcəsinə müdafiə etdilər.

Bu məsələ ilə bağlı Nəqliyyat Agentliyinə və "102"yə şikayət edəcəm.

Maşını hansı səviyyədə sürdüyü ilə bağlı məndə video görüntü var. Görüntüyə sürücünün əlaqə nömrəsi də düşüb. Artıq sürücünü mədəniyyətdən kənar həmin tələbələr gəlib müdafiə edərlər", - deyə aktrisa qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Soğan yemək üçün bir neçə SƏBƏB

Soğan yemək üçün bir neçə SƏBƏB

"Lans" - PSJ oyunu təxirə salındı

"Lans" - PSJ oyunu təxirə salındı

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

End of content

No more pages to load

RADİO