“Qəhrəmanlar bağı” layihəsi: Şəhidlərin xatirəsinə 543 ağac əkildi

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni sayda ağaclar əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Budəfəki ağacəkmə aksiyası “PMD Group”-un dəstəyi ilə Mingəçevir və Şirvan şəhərlərində həyata keçirilib.

Mingəçevirdə 384, Şirvanda 159 ədəd olmaqla ümumilikdə 543 şəhidin xatirəsinə eyni sayda həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Aksiya yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutub.
 

Bununla da ölkə ərazisində “Qəhrəmanlar bağı”nın sayı 30-a çatıb. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması kimi digər lazımi tədbirləri isə yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu həyata keçirir.


Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb.

Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.

Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

12 il əri tərəfindən “əsir” saxlanılıb- Fransız qadının həyatı gündəm oldu – VİDEO

12 il əri tərəfindən “əsir” saxlanılıb- Fransız qadının həyatı gündəm oldu – VİDEO

Əli Xameneinin vida mərasiminə 100-ə yaxın ölkənin nümayəndəsi gələcək

Əli Xameneinin vida mərasiminə 100-ə yaxın ölkənin nümayəndəsi gələcək

Teymur Musayevin müavinlərinin sayı artırıldı – FƏRMAN

Teymur Musayevin müavinlərinin sayı artırıldı – FƏRMAN

Aliment verməyən taksi sürücüsü həbs edildi

Aliment verməyən taksi sürücüsü həbs edildi

Bu gün bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib – DİM-dən ÇAĞIRIŞ

Bu gün bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib – DİM-dən ÇAĞIRIŞ

Maştağada “Mercedes” mağazaya çırpıldı – VİDEO

Maştağada “Mercedes” mağazaya çırpıldı – VİDEO

Mələkxanım Eyubovadan həyat yoldaşı ilə bağlı etiraf

Mələkxanım Eyubovadan həyat yoldaşı ilə bağlı etiraf

Polis–xalq birliyi: təhlükəsiz Azərbaycanın FORMULU

Polis–xalq birliyi: təhlükəsiz Azərbaycanın FORMULU

Gürcüstan Rusiya neftindən imtina etdi

Gürcüstan Rusiya neftindən imtina etdi

“Şəfa” Andrey Draqu ilə RAZILIĞA GƏLDİ

“Şəfa” Andrey Draqu ilə RAZILIĞA GƏLDİ

Lyayen İrəvan səfərindən sonra Ankaradakı NATO sammitində iştirak edəcək – VİDEO

Lyayen İrəvan səfərindən sonra Ankaradakı NATO sammitində iştirak edəcək – VİDEO

457 metr hündürlükdən yıxılan alpinist qadın SAĞ QALDI

457 metr hündürlükdən yıxılan alpinist qadın SAĞ QALDI

Şuşanın “Tarqovı”sı: Bu küçədən keçənlər şeytanı yada salır – FOTO/VİDEO

Şuşanın “Tarqovı”sı: Bu küçədən keçənlər şeytanı yada salır – FOTO/VİDEO

BMT-də Bakı Təhlükəsizlik Forumunun beynəlxalq ictimaiyyətə təqdimatı keçirildi– FOTO/VİDEO

BMT-də Bakı Təhlükəsizlik Forumunun beynəlxalq ictimaiyyətə təqdimatı keçirildi– FOTO/VİDEO

SON DƏQİQƏ! Aralıq dənizində 5,3 ballıq ZƏLZƏLƏ oldu - VİDEO

SON DƏQİQƏ! Aralıq dənizində 5,3 ballıq ZƏLZƏLƏ oldu - VİDEO

Kral ailəsində soyuq müharibə: III Karl Şahzadə Harrinin zənglərinə niyə cavab vermir?

Kral ailəsində soyuq müharibə: III Karl Şahzadə Harrinin zənglərinə niyə cavab vermir?

Gecə kondisionerlə yatmağın təhlükələri haqda XƏBƏRDARLIQ

Gecə kondisionerlə yatmağın təhlükələri haqda XƏBƏRDARLIQ

Atasının maşında unutduğu uşaq istidən ölüb

Atasının maşında unutduğu uşaq istidən ölüb

Messi ABŞ-da polislərin bu hərəkətinə güldü - VİDEO

Messi ABŞ-da polislərin bu hərəkətinə güldü - VİDEO

Bir səfərin təsdiqlədiyi həqiqət: Azərbaycan artıq seçim deyil, zərurətdir - TƏHLİL

Bir səfərin təsdiqlədiyi həqiqət: Azərbaycan artıq seçim deyil, zərurətdir - TƏHLİL

Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib – FOTO

Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib – FOTO

Kanada 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində debüt edəcək

Kanada 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində debüt edəcək

Azyaşlı avtomobili zəvvarların üstünə sürdü: 8 ölü, 13 yaralı var - VİDEO

Azyaşlı avtomobili zəvvarların üstünə sürdü: 8 ölü, 13 yaralı var - VİDEO

İt qulluqçusunu parçaladı - 13 milyon dollar təzminat ödəyəcək

İt qulluqçusunu parçaladı - 13 milyon dollar təzminat ödəyəcək

End of content

No more pages to load

RADİO