DYP-dən bayram günlərində səfərə çıxan sürücülərə MÜRACİƏT

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsizliklə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq noyabrın 8-11-ni əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.
 

BDYPİ hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır.


Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar, xüsusilə, əyləc sisteminə, şinlərin aşınma dərəcəsinə, işıq cihazlarının və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.

Xalqımızın birlik və qürur hissi ilə qeyd etdiyi bu əlamətdar günlərdə hərəkət iştirakçılarına tövsiyə olunur ki, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfər vaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsiz olsun.

Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahət etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər.

Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən və qəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar. Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaq oturacağından istifadə etməklə daşısınlar. Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsinin yolverilməz olduğunu unutmasınlar.

Piyadalara da xatırladılır ki, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun siqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görmə şəraiti zəiflədikdə geyimlərində işıq əksetdirici elementlərə üstünlük versinlər.

Məlumatda vurğulanıb ki, bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmət aparacaq.

“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və qəzaların qarşısını almaqdır. Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hər birimizin davranışından asılıdır. BDYPİ bütün hərəkət iştirakçılarına təhlükəsiz və xoş bayram günləri arzulayır”,- deyə məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan Azərbaycana indiyədək təxliyə olunanların SAYI - FOTO

İrandan Azərbaycana indiyədək təxliyə olunanların SAYI - FOTO

Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Şəmkirdə qadın dərmandan zəhərlənərək VƏFAT ETDİ

Şəmkirdə qadın dərmandan zəhərlənərək VƏFAT ETDİ

Millimiz Bolqarıstanla qarşılaşacaq

Millimiz Bolqarıstanla qarşılaşacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

“EU Reporter” nəşrində 31 Mart Soyqırımı ilə bağlı məqalə DƏRC OLUNDU

“EU Reporter” nəşrində 31 Mart Soyqırımı ilə bağlı məqalə DƏRC OLUNDU

29 il əvvəl Ulu öndər Ağ Evin xatirə kitabına nə yazmışdı? – Tarixi kadrlar – VİDEO

29 il əvvəl Ulu öndər Ağ Evin xatirə kitabına nə yazmışdı? – Tarixi kadrlar – VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

Ömrü uzadan 10 qida

Ömrü uzadan 10 qida

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

İsrail şəhərləri alovlar içində - VİDEO

İsrail şəhərləri alovlar içində - VİDEO

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Günün qoroskopu: Qəfil səyahətə çıxa bilərsiniz

Günün qoroskopu: Qəfil səyahətə çıxa bilərsiniz

97 yaşlı əməkdaş vəfat etdi - 70 ildir BDU-da işləyirdi

97 yaşlı əməkdaş vəfat etdi - 70 ildir BDU-da işləyirdi

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

End of content

No more pages to load

RADİO