Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerli “Xəbər” telekanalına müsahibəsində Özbəkistandan olan zəngin insanları qazax oliqarxları ilə müqayisə edərək, nümunə kimi göstərib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Centralasia agentliyində yer alıb.
“Bir vaxtlar ölkəmizdə ciddi, külli miqdarda pul qazanaraq Qazaxıstanı tərk etmiş lobbiçilər bizim insanların sifarişi ilə işləyirlər, topladıqlarını nümayişlər təşkil etməyə, insanları şərləməyə xərcləyirlər. Bu baxımdan, Özbəkistandan kənarda külli miqdarda pul qazanmış, lakin öz tarixi vətənlərinə gəlib ölkə prezidentindən onlara tapşırıq verməsini xahiş edən özbək zəngin insanları müqayisə edirəm: “Biz özbək xalqı üçün nə edə bilərik, hansı yardımı göstərə bilərik?”. Xəstəxanalar tikirlər, öz vəsaitləri hesabına infrastruktur qururlar. Bu, bizim özbək oliqarxları arasında böyük fərqdir”, - deyə Qazaxıstan prezidenti bildirib.
Bizim.Media