Balakənin deputatı icra başçısının həbsindən danışdı: "Ola bilər ki, Ramiz Mehdiyev..."

Xəbər verdiyimiz kimi, İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İslam Rzayevlə bərabər bir neçə digər rəsmi şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, “Azxeber.com” məsələ ilə bağlı Balakən rayonundan Milli Məclisin deputatı seçilən Nəsib Məhəməliyevdən müsahibə alıb.

- Balakən Rayon İcra Hakimiyyətində baş verən həbslərlə bağlı nə düşünürsünüz?

- Bu gün səhər mətbuatdan oxudum ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı və onun müavinləri saxlanılıblar. Mənim bu barədə əlavə məlumatım yoxdur. Əgər onlar həqiqətən saxlanılıblarsa, deməli, kifayət qədər ciddi hüquqi əsaslar mövcuddur. Əməliyyat başa çatdıqdan sonra rəsmi qurumlar ətraflı açıqlama verəcəklər və ictimaiyyəti maraqlandıran bütün suallar orada cavabını tapacaq.

- Siz Balakən rayonundan deputat seçilmisiniz. Deputat olduğunuz dövr ərzində rayon rəhbərliyi ilə bağlı sizə şikayətlər daxil olurdu?

- Biz uzun illərdir bir yerdə çalışırıq. Mən artıq 10 ildən çoxdur ki, həmin rayonu təmsil edirəm. Qəbullar zamanı icra başçısı və bəzi vəzifəli şəxslərlə bağlı müxtəlif şikayətlər daxil olub. Mən bu müraciətləri aidiyyəti qurumlara çatdırmışam. Bəzi məsələlər operativ şəkildə həllini tapıb. Bəzilərinə isə cavab verilməyib və mən buna tənqidi yanaşmışam.

- Şikayətlərin əsas istiqamətləri nələr idi?

- Şikayətlər əsasən məmur özbaşınalığı ilə bağlı olub. Bəzi hallarda torpaq sahələrinin bölüşdürülməsi, həmçinin iş yerlərinin itirilməsi ilə əlaqədar narazılıqlar qeydə alınıb.

- Sizcə, Balakən rayonun icra başçısının həbsinin Ramiz Mehdiyevlə əlaqəsi ola bilərmi?

- Mən ehtimallarla bağlı danışmağı sevmirəm. İcra başçısı ilə münasibətlərimiz sırf rəsmi çərçivədə olub. Ola bilər ki, bu məsələ Ramiz Mehdiyevlə əlaqəli olsun. Ramiz Mehdiyevlə bağlı mətbuatda kifayət qədər məlumat var və indiki halda heç nəyi istisna etmək olmaz. Mən insanların şəxsi həyatlarına və üçüncü tərəflərlə münasibətlərinə qarışmıram.

- Ümumiyyətlə, son zamanlar sizin bölgə üzrə icra başçılarının ard-arda saxlanılması nə ilə bağlıdır? Balakəndən öncə Qaxın da icra başçısı həbs edilmişdi.

- Mən bu hadisəni coğrafi ərazi ilə əlaqələndirmirəm. İndiyədək saxlanılanların hər biri konkret cinayət maddələrinə əsasən məsuliyyətə cəlb edilib. Onların çoxu korrupsiya və rüşvətxorluq halları ilə bağlıdır. Yəni, oxşar məqamlar mümkündür. Amma mən kifayət qədər məmurlar tanıyıram ki, öz tamahlarına qalib gələrək belə hallara yol verməyiblər.

Azərbaycan Prezidenti İlham Əliyev bu kimi məsələlərə son dərəcə prinsipial yanaşır. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, hər kəs vəzifəsindən və statusundan asılı olmayaraq qanun qarşısında bərabərdir. Prezident dəfələrlə xəbərdarlıq edib ki, vəzifəli şəxslər xalqla ədalətli və səmimi davranmalıdır. Cənab Prezidentin tapşırıqlarına əməl etməyənlər isə istisnasız olaraq cəzalandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

End of content

No more pages to load

RADİO