Amerikalı biznesmen “Tesla Motors”un rəhbəri İlon Maskın sərvəti 24,5 milyard dollar, elektromobil istehsalçısının səhmləri isə 11%-dən çox ucuzlaşıb.
Bizim.Media xəbər verir ki, bu informasiya “Forbes” jurnalı tərəfindən dərc olunub.
Hesablamalara görə, Mask 10% yoxsullaşıb, lakin hələ də 218,3 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları reytinqinə başçılıq edir.
Qeyd edək ki, 2021-ci ildə amerikalı milyarder 300 milyard dollarlıq tarixi rekorda imza atıb və bununla da hesablamaların aparıldığı dövrün ən zəngin insanı olub.
Bizim.Media