Güclü qara görə ABŞ-da 5 mindən çox təyyarə reysi ləğv olunub.
Bizim.Media-nın xəbərinə görə, bu barədə flightaware.com. saytı məlumat verib.
Portalın xəbərinə görə, cümə günü 1500-dək daxili və beynəlxalq reys ləğv edilib. Bu gün isə 3 mindən çox reysin ləğv edilməsi ehtimal olunur.
Ən pis vəziyyət Nyu-York, Boston, Vaşinqton və Atlanta şəhərlərində müşahidə edilir. Bəzi şəhərlərdə qarın qalınlığı 45 sm-ə çatır.
Bizim.Media