Özbəkistan prokurorluğu 3 yaşlı qızını ayının qəfəsinə atan qadına qarşı cinayət işi qaldırıb.
Bizim.Media xəbər verir ki, hadisə Daşkənd zooparkında baş verib.
Zooparka gələn ana uşağını ayının qəfəsinə atıb. Yırtıcı uşağa toxunmasa da, körpə 5 metr yüksəklikdən düşdüyü üçün ciddi xəsarət alıb.
Parkın əməkdaşları uşağı qəfəsdən çıxararaq xəstəxanaya yerləşdiriblər.
Qadın həbs olunub. Onu 25 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (Lent.az)
Bizim.Media
