“Təzə dəm”də çay keyfi ona 17 minə başa gəldi

Bakıda avtomobildən 9900 dollar (16 830 manat) oğurlayan Biləsuvar rayon sakini həbs edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Sabit Orucov küçəsindəki “Təzə dəm” çay evinin qarşısında baş verib.

Axşam saatlarında çay evinin qarşısından keçən 35 yaşlı T.Məmmədov orada dayanan “BMW X5” markalı avtomobilin qapısının açıq olduğunu görüb. O, maşının salonuna daxil olaraq ön oturacaqların arasındakı mərkəzi dirsək altından 9900 ABŞ dollarını götürüb qaçıb.

T.Məmmədov oğurladığı pulları yaşadığı evə aparıb.

Hadisə vaxtı çay evində olan zərərçəkmiş şəxs küçəyə çıxıb maşınına oturduqda pulların oğurlandığını görüb və polisə məlumat verib. Həyata keçirilən tədbirlərlə T.Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb. Onun əvvəllər də bir neçə dəfə oğurluq etdiyi və bu cinayət hadisəsini törədərkən şərti azadlıqda olması müəyyən edilib.
 

Xətai Rayon Məhkəməsinin bir neçə gün öncə çıxardığı hökmə əsasən, T.Məmmədova 3 il həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs olunub.


Hökm verilərkən oğurlanmış pulların böyük hissəsinin qaytarılması və təqsirləndirilən şəxsin övladının birinci qrup əlil olması yüngülləşdirici hal, onun təkrar olaraq və şərti azadlıqdaykən cinayət törətməsi isə ağırlaşdırıcı hal kimi nəzərə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

Ağdamda su anbarında batan ata və iki övladının kimliyi MƏLUM OLDU

Ağdamda su anbarında batan ata və iki övladının kimliyi MƏLUM OLDU

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“ - VİDEO

“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“ - VİDEO

Ağdamda ailə FACİƏSİ: Ata və iki övladı çimərkən batdı

Ağdamda ailə FACİƏSİ: Ata və iki övladı çimərkən batdı

Yasamaldakı partlayışın kamera GÖRÜNTÜLƏRİ

Yasamaldakı partlayışın kamera GÖRÜNTÜLƏRİ

Laçına dolu düşdü – Faktiki hava

Laçına dolu düşdü – Faktiki hava

Qeydiyyat ver, evə şərik çıxsın - Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?

Qeydiyyat ver, evə şərik çıxsın - Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?

Hansı bürcü uğur, hansını çətinlik gözləyir?

Hansı bürcü uğur, hansını çətinlik gözləyir?

Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

Putin Trampa məktub göndərdi

Putin Trampa məktub göndərdi

Xameneinin nəşi İrandan çıxarılacaq

Xameneinin nəşi İrandan çıxarılacaq

Gözlərdə səssiz TƏHLÜKƏ - Bu simptomlar ciddi xəstəlikdən xəbər verə bilər

Gözlərdə səssiz TƏHLÜKƏ - Bu simptomlar ciddi xəstəlikdən xəbər verə bilər

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb - FOTO

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb - FOTO

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Manaf Ağayev saxlanıldı

Manaf Ağayev saxlanıldı

Azərbaycan alma ixracından gəlirini 15 %-ə yaxın artırıb

Azərbaycan alma ixracından gəlirini 15 %-ə yaxın artırıb

Qızıl kəskin UCUZLAŞDI – Pulumuzu nəyə yatırsaq, uduzmarıq?

Qızıl kəskin UCUZLAŞDI – Pulumuzu nəyə yatırsaq, uduzmarıq?

Masazırda “Ford” yandı - VİDEO

Masazırda “Ford” yandı - VİDEO

Röyanın bahalı geyimi diqqət çəkdi - Bu libasına 7000 AZN verib – VİDEO

Röyanın bahalı geyimi diqqət çəkdi - Bu libasına 7000 AZN verib – VİDEO

Bakıda avtomobil kanalizasiya kollektoruna düşdü - VİDEO

Bakıda avtomobil kanalizasiya kollektoruna düşdü - VİDEO

İstanbulu su BASIB - Nəqliyyatın hərəkətində çətinlik yaranıb

İstanbulu su BASIB - Nəqliyyatın hərəkətində çətinlik yaranıb

End of content

No more pages to load

RADİO