Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

“Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir".

Bizim.Media xəbər verir ki, bunu "Report.az"a müsahibəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir:

"Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik".

İ. Mirzəliyevin fikrincə, istilik sayğacları qaz, su və elektrik sayğacları kimi sadə deyil:

"Onların quruluşu və idarə edilməsi daha mürəkkəbdir. Mənzillərə gələn istilik bir nöqtədən deyil, bir neçə boru xətti ilə ötürülür. Bu səbəbdən hər otağın batareyasına ayrıca sayğac qoymaq texniki və inzibati baxımdan çətindir. Belə halda hər ay mənzillərə daxil olaraq sayğac göstəricilərini oxumaq, müdaxilələrin qarşısını almaq da problem yaradır. Buna görə də biz mərhələli şəkildə hərəkət etməyi planlaşdırırıq".

O qeyd edib ki, ilk mərhələdə qeyri-əhali abonentləri, yəni məktəblər, bağçalar, tibb müəssisələri və digər ictimai binalar üzrə sayğacların quraşdırılmasını nəzərdə tutulur:

"Bu obyektlərdə enerji bir nöqtədən daxil olduğu üçün texniki baxımdan sayğac yerləşdirmək mümkündür. Əhali abonentləri üçün isə artıq pilot layihə həyata keçirilir: 60 istilik sayğacı alınıb və bir hissəsi quraşdırılıb. Bu mövsümdə həmin sayğacların iş prinsipi və nəticələri təhlil ediləcək. Yekun qiymətləndirmədən sonra yaşayış binalarında da mərhələli şəkildə sayğac quraşdırılması məsələsi gündəmə gətiriləcək. Burada bir mühüm hüquqi məqam da var - sayğacın bir tərəfi təchizatçı ("Azəristiliktəchizat"), digər tərəfi isə istehlakçı olmalıdır. Amma çoxmənzilli binalarda hələ MMMC-lər tam formalaşmadığı üçün binalarda kim bu tərəfi təmsil edəcək, bu məsələ aydın deyil".

Bütün bunlara baxmayaraq, qurum rəhbəri deyir ki, proses davam etdirilir:

"Pilot layihənin nəticələrinə əsasən, hökumətə konkret təkliflər paketi təqdim olunacaq. Sayğacların quraşdırılması əhali istehlakçıları üçün dövlət və "Azəristiliktəchizat"ın hesabına, qeyri-əhali abonentləri üçün isə öz vəsaitləri hesabına həyata keçiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ "Green Card"la ölkəyə gəlişi DAYANDIRIR

ABŞ "Green Card"la ölkəyə gəlişi DAYANDIRIR

DİQQƏT! Masazırın bu ərazilərində 5 saat işıq olmayacaq

DİQQƏT! Masazırın bu ərazilərində 5 saat işıq olmayacaq

Gələn ildən pensiya yaşı artırılır

Gələn ildən pensiya yaşı artırılır

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Tovuzda evdən meyit TAPILDI

Tovuzda evdən meyit TAPILDI

GÜNÜN HAVASI: Duman, şaxta...

GÜNÜN HAVASI: Duman, şaxta...

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Gecələr yaxşı yatmaq üçün 6 əsas qayda

Gecələr yaxşı yatmaq üçün 6 əsas qayda

Rusiya “Oreşnik”ləri Belarusda – Avropa şəhərlərinə neçə dəqiqəyə ÇATACAQ? – SİYAHI

Rusiya “Oreşnik”ləri Belarusda – Avropa şəhərlərinə neçə dəqiqəyə ÇATACAQ? – SİYAHI

ŞAD XƏBƏR! Pensiya və müavinətlər bu qədər ARTIRILACAQ

ŞAD XƏBƏR! Pensiya və müavinətlər bu qədər ARTIRILACAQ

“Röyanın oğlu İngiltərədə universitetə daxil olub” - Video

“Röyanın oğlu İngiltərədə universitetə daxil olub” - Video

Tərk edilmiş lüks avtomobil salonu TAPILDI: nadir modellər heyrət doğurdu - FOTOLAR

Tərk edilmiş lüks avtomobil salonu TAPILDI: nadir modellər heyrət doğurdu - FOTOLAR

Köhnə binalarda yaşayanların NƏZƏRİNƏ – “Ev pulu” ARTIRILIR?

Köhnə binalarda yaşayanların NƏZƏRİNƏ – “Ev pulu” ARTIRILIR?

Hərbi xidmətə yararsız şəxslərin nəzərinə

Hərbi xidmətə yararsız şəxslərin nəzərinə

Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı

Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı

BİZİM TƏQVİM:19 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 dekabrda baş vermiş tarixi hadisələr

Stankoviç məşqçilik karyerasına GERİ DÖNDÜ

Stankoviç məşqçilik karyerasına GERİ DÖNDÜ

Vəzifəli şəxs vəfat etdi

Vəzifəli şəxs vəfat etdi

Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edildi - FOTO

Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edildi - FOTO

"Fənərbağça"dan Con Durana XƏBƏRDARLIQ

"Fənərbağça"dan Con Durana XƏBƏRDARLIQ

Kərə yağı və pendirin orqanizmə təsiri ilə bağlı sensasion AÇIQLAMA

Kərə yağı və pendirin orqanizmə təsiri ilə bağlı sensasion AÇIQLAMA

Tiaqo Silva klubundan AYRILDI

Tiaqo Silva klubundan AYRILDI

End of content

No more pages to load

RADİO