İsrailli ictimai xadimdən SENSASİON XƏBƏRDARLIQ – “Qəzzada müharibə yenidən başlaya bilər” – ÖZƏL

“Prezident Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında nisbətən sülh razılaşması əldə olunub. Halbuki, HƏMAS-ın Nizamnaməsinə görə bu təşkilatın İsraillə sülh bağlaması qadağandır. Buna görə də bu razılaşma ərəb dilində “udna”, yəni müvəqqəti atəşkəs adlanır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında İsrailli politoloq, tarixçi, tanınmış ictimai xadim Mixail Finkel deyib.
 

MÖVZU İLƏ BAĞLI:

HƏMAS İsraili atəşkəs razılaşmasını pozmaqda İTTİHAM ETDİ - FOTO/VİDEO


O bildirib ki, razılaşma çərçivəsində, HƏMAS tərəfindən artıq iki ilə yaxındır Qəzza sektorunda qanunsuz saxlanılan israilli girovlar, mülki şəxslər geri qaytarılmalıdır.

“Bunun müqabilində, İsrail də öhdəliklər götürür. İsrailin həbsxanalarında saxlanılan əsl terrorçular, silahla yaxalanmış, israilli mülki və hərbi şəxsləri öldürmüş, ölkədə çoxsaylı terror aktları törətmiş şəxslər azad ediləcək. Onlar arasında avtobusları, uşaq bağçalarını, məktəbləri və avtobus dayanacaqlarını partlatmış şəxslər də var. İsrail hələ sağ olub-olmadığı bilinməyən 20 girov qarşılığında 1000-dən çox terrorçunu azad etməyə razılaşıb. Bu şəxslərin bir çoxu ömürlük həbs cəzası alıb”.

Finkel qeyd edib ki, prosesin 100% uğurla davam edəcəyinə zəmanət vermək mümkün deyil.

“Çünki HƏMAS məqsədi İsrailin tam və qəti məhvi, israillilərin və yəhudilərin dünyada qətli olan bir terror təşkilatıdır. HƏMAS-ın əsas sənədi olan Nizamnamənin əvvəlində belə, guya hər yəhudini öldürməyi əmr edən Əbu Hureyrənin hədisi sitat gətirilir. HƏMAS bu hədisə əsaslanaraq, rast gəldiyi yerdə dinc insanları öldürür. Buna görə də bu prosesin provokasiyalar olmadan, pozulmadan davam edəcəyini düşünmək hələ tezdir.

Bəli, İsrail eyni zamanda üç mərhələdə Qəzza sektorundan çıxaraq ordusunu geri çəkməyi də öhdəsinə götürüb.


Amma bir daha qeyd olunur ki, HƏMAS-ın bu atəşkəsi pozmayacağına və döyüşlərin istənilən anda yenidən başlamayacağına zəmanət yoxdur. Çünki bu, artıq böyük hissəsi İsrail tərəfindən zərərsizləşdirilmiş bir təşkilatdır və içindəki qruplar arasında koordinasiya yoxdur. Ona görə də bu razılaşma istənilən anda pozula bilər”, - deyə M.Finkel əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Londonda sinaqoqa hücum edildi

Londonda sinaqoqa hücum edildi

Zelim Kotsoyev bürünc medal görüşündən kənarlaşdırıldı

Zelim Kotsoyev bürünc medal görüşündən kənarlaşdırıldı

Bu gün DİM növbəti imtahanlar keçirib

Bu gün DİM növbəti imtahanlar keçirib

Nəriman oynadı, komandası məğlub oldu - VİDEO

Nəriman oynadı, komandası məğlub oldu - VİDEO

XƏBƏRDARLIQ: Süni intellekt bizi aldada bilər - VİDEO

XƏBƏRDARLIQ: Süni intellekt bizi aldada bilər - VİDEO

“Xilasedici” Azərbaycan çempionu oldu

“Xilasedici” Azərbaycan çempionu oldu

Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavoduni vurdu

Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavoduni vurdu

Cüdoçumuz bürünc medal uğurunda yarışacaq - FOTO

Cüdoçumuz bürünc medal uğurunda yarışacaq - FOTO

Niderland və Belçika parlamentlərində Azərbaycana qərəzli mövqe - VİDEO

Niderland və Belçika parlamentlərində Azərbaycana qərəzli mövqe - VİDEO

Bakıda qəza anı kameralara düşdü - VİDEO

Bakıda qəza anı kameralara düşdü - VİDEO

Ramil Həsən: “Biz türkük, eyni millətin övladlarıyıq”

Ramil Həsən: “Biz türkük, eyni millətin övladlarıyıq”

Koxalski “Qarabağ”dan gedəcəyini təkzib etmədi

Koxalski “Qarabağ”dan gedəcəyini təkzib etmədi

Məktəb direktorunun müavini VƏFAT ETDİ - FOTO

Məktəb direktorunun müavini VƏFAT ETDİ - FOTO

Xersonda avtomobilə zərbə endirildi - Ölən və yaralananlar var

Xersonda avtomobilə zərbə endirildi - Ölən və yaralananlar var

Bakıda Dünya kuboku bu gün BAŞA ÇATIR

Bakıda Dünya kuboku bu gün BAŞA ÇATIR

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

“Sabah” növbəti tur ÇEMPİON ola bilər

“Sabah” növbəti tur ÇEMPİON ola bilər

Qalibaf: Müharibə istənilən an yenidən başlaya bilər

Qalibaf: Müharibə istənilən an yenidən başlaya bilər

Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq

Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənir

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənir

Vens Roma Papasına təşəkkür etdi: “Onun dualarında olacağıq”

Vens Roma Papasına təşəkkür etdi: “Onun dualarında olacağıq”

Aralıq dənizində zəlzələ oldu

Aralıq dənizində zəlzələ oldu

Avropa çempionatı: Cüdoçumuz Zelim Kotsoyev 1/4 finala yüksəldi

Avropa çempionatı: Cüdoçumuz Zelim Kotsoyev 1/4 finala yüksəldi

Şahin Mustafayev: “Türk dünyasının gələcəyi üçün mühüm qərarlar qəbul edilib”

Şahin Mustafayev: “Türk dünyasının gələcəyi üçün mühüm qərarlar qəbul edilib”

End of content

No more pages to load

RADİO