ABŞ səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edərkən jurnalistlərin suallarını cavablandırmadan imtina edib.
Bu arada, “Bloomberg” agentliyinin əməkdaşı Cennifer Ceykobs sosial media hesabında ABŞ-ın Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı yazılı cavab verdiyini yazıb.
“ABŞ tərəfi artıq yazılı cavabı Rusiyaya bildirib”, deyə jurnalist yazıb.
21:12 ***
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bu gün Rusiya Xarici İşlər Nazirliyinə gəlib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, səfirin avtomobili nazirliyin binası qarşısında görüntülənib.
Qeyd edək ki, bu gün rəsmi Vaşinqtonun Rusiyayanın təhlükəsizliklə bağlı yazılı zəmanət tələbinə cavab verəcəyi gözlənilir.
Bizim.Media