Afrika Millətlər Kubokunda Kamerun və Komor adaları arasında keçirilmiş 1/8 final matçında izdiham yaşanıb.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, qarşıdurmada azı 8 nəfər öldüyü, onlarla insanın yaralandığı bildirilir.
Ağır yaralanan azarkeşlər isə xəstəxanaya aparılıb.
Yayılan videogörüntülərdə azarkeşlərin paytaxt Yaounde məhəlləsindəki “Paul Biya” stadionuna daxil olmaq üçün mübarizə apardıqları əks olunub.
Qeyd edək ki, görüş Kamerunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Onların 1/4 finalda rəqibi Qambiya yığması olacaq.
Bizim.Media