“Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik”.
Bizim.Media xəbər verir ki, bu fikirlər iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabından etdiyi paylaşımda qeyd olunub.
Fikirlərinin davamında nazir Azərbaycanla İsveçrə arasında əlaqələrin inkişaf perspektivlərindən də söz açıb:
“İkitərəfli əlaqələrimiz sadiq tərəfdaşlıq, qarşılıqlı anlaşma və dinamik inkişafla səciyyələnir. İqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə qurulan əməkdaşlıq hər iki dövlət və xalq qarşısında böyük imkanlar açır”.
Bizim.Media