Almaniyalı məşhur model Haydi Klum ayaqlarını sığorta etdirdiyini deyib.
Bizim.Media "Milliyet"ə istinadən xəbər verir ki, 48 yaşlı modelin bir ayağı digərindən daha bahalıdır:
"Uşaq vaxtı şüşənin üstünə yıxılmışdım. Ayağımda yara izi var. Bu səbəbdən sol ayağım aşağı qiymətə sığortalanıb".
Qeyd edək ki, Haydi Klum ayaqlarını İngiltərənin sığorta şirkətlərindən biri 2 milyon dollara sığortalayıb.
Bizim.Media