''Ermənilər Qarabağda yeni təxribat hazırlayır'' – EKSPERT 

Ermənistan hakim dairələri və aparıcı müxalif qüvvələr Qrabağda sabitliyi pozmaq istəyir. Dağlıq Qarabağdakı ermənilərə rus pasportlarının yayılması və s. hiyləgər həmlələr buna hesablanıb. 

Son günlər isə başda Paşinyan olmaqla Azərbaycan Ordusu ilə Rusiya sülhməramlılarını üz-üzə qoymağa çalışırlar. Hətta Paşinyan həmişə olduğu kimi, Şuşa yaxınlığındakı kənddə erməni silahlıları ilə birlikdə Rusiya sülhməramlılarının da mühasirəyə düşdüyünü deməkdən çəkinməmişdi. Rusiya Müdafiə Nazirliyi isə dərhal məlumatın doğru olmadığını bildirdi. 

Erməni feyk xəbərləri haqqında Bizim.Media-ya danışan politoloq Aydın Quliyev ermənilərin ilk təxribat metodundan bəhs etdi. 

“Ermənilər əvvəlcə azərbaycanlıları vəhşi, rus sülhməramlılarını isə faydasız kimi göstərməyə çalışdı. Xəbər yaymağa başladılar ki, ermənilərin Qarabağdan köçürülməsi zamanı guya azərbaycanlılar sülhməramlıların gözünün qabağında ermənilərə qarşı zorakılıq tətbiq edib, bununla onlar Rusiya sülhməramlılarının yararsızlığını önə çəkmək istəyiblər. Siyahıya ermənilərin Xocavənd, Kəlbəcər yalanlarını da əlavə etmək olar”.



Bu metodun reallığı dəyişmədiyini görən ermənilər ikinci varianta əl atmağa başladılar. “Həm Paşinyan, ümumilikdə həm də erməni müxalifəti Azərbaycan-Rusiya münasibətlərinə xələr gətirmək istəyir” deyən politoloq Zaur Məmmədov saytımıza açıqlamasında bildirdi ki, “sülhməramlılarla bağlı ermənilərin təxribat dolu məlumatları buna hesablanıb”.

“Digər səbəb isə, qərbdəki bəzi beyin mərkəzlərinin Azərbaycan və Ermənistanda rus sülhməramlıları ilə bağlı mənfi rəy formalaşdırararaq, inkişaf etdirməkdən ibarətdir''.

''Hər-halda bütün bu halların baş verməməsi üçün rus sülhməramlıları öz missiyalarını sona qədər yerinə yetirməli, bütün təxribatlardan uzaq olmalıdırlar. Görürük ki, Azərbaycan tərəfinin səyi nəticəsində son təxribatların qarşısı alınıb. Lakin hələ də erməni hərbçiləri müxtəlif bölgələrin meşələrində gizlənməkdədirlər. Bu halda yenə də sülhməramlılar üzərlərinə düşən bütün öhdəliyi yerinə yetirib, erməni silahlılarını oradan çıxartmalıdırlar”.

Rusiyanın ermənilərə humanitar yardım və müxtəlif tikinti işləri aparmasını qeyd edən politoloq dedi ki, “hamı bilir ki, Rusiya bunu təmənnasız etməz. Rəsmi Bakı isə, bütün bu məsələlərə həssaslıqla yanaşır”. Zaur Məmmədov ermənilərin Rusiya pasportları ilə bağlı yaydığı xəbərə də münasibət bildirdi:

“Bu xəbəri ilk dəfə Kanadalı bloqqer yaymışdı, buna Rusiya və Ermənistan saytları da istinad elədi. Həmin bloqqer isə, Amerika xüsusi xidmət orqanlarında çalışan və uzun müddətdir ki, ermənipərəst siyasət aparan və Ermənistanda yaşayan şəxslərdəndir. Belə insanların fikirlərinə ciddi yanaşmaq olmaz. Belə şaiyələrin ən əsas səbəbi isə, Azərbaycan və Ermənistanda narahatlıq yaratmaq, ictimaiyyəti sülhməramlılara qarşı qıcıqlandırmaqdır”.



Qeyd edək ki, qondarma rejimin “lider”i çıxışında deyib ki, ermənilər rus sülhməramlılarının köməyi ilə Azərbaycan Ordusunun qarşısını alır.

Araik Bakını Rusiyaya qarşı hörmətsizlikdə ittiham edib və sakinlərin təhlükəsizliyi üçün “Artsax”ın ərazilərini təmizləməli olduqlarını bildirib.

Qondarma rejimin “lider”inin yalan dolu çıxışında o da qeyd olunur ki, Şuşanın Böyük və Kiçik Qaladərəsi kəndləri blokadadan çıxarılıb və Azərbaycan Ordusu ərazidən uzaqlaşdırılıb. Yəni sadalanan məqamlar ermənilərin uydura biləcəyi ən sadə yalanlardır. Ona görə də, rəsmi informasiyaya inanıb, istinad etmək tövsiyə olunur. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvan MSK-nın vəzifələri artırılır

Naxçıvan MSK-nın vəzifələri artırılır

Prezident İtaliyanın Qarabağ və Şərqi Zəngəzurdakı layihələrindən DANIŞDI

Prezident İtaliyanın Qarabağ və Şərqi Zəngəzurdakı layihələrindən DANIŞDI

İranın hücumundan sonra BƏƏ-də neft təsisatında yanğın başlayıb - FOTO

İranın hücumundan sonra BƏƏ-də neft təsisatında yanğın başlayıb - FOTO

SEPAH-dan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq: "Güc tətbiq ediləcək"

SEPAH-dan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq: "Güc tətbiq ediləcək"

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

İran Hörmüz boğazını keçmək istəyən Cənubi Koreya gəmisini vurdu

İran Hörmüz boğazını keçmək istəyən Cənubi Koreya gəmisini vurdu

Yeni 18+ Tiktok serialları Netflixi necə KÖLGƏDƏ QOYDU?

Yeni 18+ Tiktok serialları Netflixi necə KÖLGƏDƏ QOYDU?

İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİRLƏR

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİRLƏR

İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

İlham Əliyev Ciorcia Meloni ilə geniş tərkibdə görüşüb - FOTO

İlham Əliyev Ciorcia Meloni ilə geniş tərkibdə görüşüb - FOTO

Yol polisi Bakıda reyd keçirdi - VİDEO

Yol polisi Bakıda reyd keçirdi - VİDEO

Kürdəmirdə FACİƏ: Yanacaq balonu partladı, ölən var

Kürdəmirdə FACİƏ: Yanacaq balonu partladı, ölən var

Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi

Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi

Dəhşətli İSTİLƏR gəlir – Həyəcan TƏBİLİ

Dəhşətli İSTİLƏR gəlir – Həyəcan TƏBİLİ

Bir "plastik cərrah" barədə protokol TƏRTİB EDİLDİ

Bir "plastik cərrah" barədə protokol TƏRTİB EDİLDİ

Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır

Meloni: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır

İlham Əliyev Corcia Melonini belə qarşıladı – VİDEO

İlham Əliyev Corcia Melonini belə qarşıladı – VİDEO

Parlament Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair AÇIQLAMA YAYDI

Parlament Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair AÇIQLAMA YAYDI

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTO

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTO

Bu rayonun 4 kəndində QAZ OLMAYACAQ

Bu rayonun 4 kəndində QAZ OLMAYACAQ

İsti suya görə ödəniş necə hesablanacaq? – Sayğacı olmayanlar üçün YENİ QAYDA

İsti suya görə ödəniş necə hesablanacaq? – Sayğacı olmayanlar üçün YENİ QAYDA

Prezidentin bugünkü Zirvə toplantısındakı çıxışından VİDEOÇARX

Prezidentin bugünkü Zirvə toplantısındakı çıxışından VİDEOÇARX

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

End of content

No more pages to load

RADİO