Vergi ödəyicilərinin siyahıya alınmış əmlakını vergi orqanları satacaq - DƏYİŞİKLİK

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycanda vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, digər daşınmaz əmlakının və dəyəri 5 000 manatdan çox olan daşınar əmlakının müvafiq qurum vasitəsilə, dəyəri 5 000 manatdan çox olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırılması və məhkəmə qərarları üzrə həmin əmlakların satışının qanunvericiliyə uyğun olaraq təşkili vergi orqanlarının hüquqlarına aid edilib.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilir.

Məlumatda deyilir ki, mövcud təcrübədə borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlakını icra məmurları satır.

Dövlətin fiskal siyasətini həyata keçirən qurum kimi borcların ödənilməsi vergi orqanları üçün prioritet məsələdir.

Ödənilməyən borclar dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında nəzərə alınır. Bu baxımdan vergi borcu ilə bağlı siyahıya alınmış əmlakın satışının daha səmərəli təşkilinə zərurət yaranıb. Həmin səbəbdən daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmə qərarları üzrə həmin əmlakların satışının təşkili vergi orqanlarının səlahiyyətlərinə aid edilir.

Eyni zamanda, dəyəri 5.000 manatdan çox olmayan əmlaklar əksər hallarda ərzaq (qida) və tez köhnələn məhsullardır.
 

Bu zaman satışın daha çevik təşkili məqsədilə vergi orqanları tərəfindən ticarət şəbəkələri ilə müvafiq müqavilə bağlanılaraq həmin məhsulların operativ şəkildə satılması və borcun ödənilməsi təmin ediləcək.


Qeyd olunan dəyişikliklər vergi borclarının yığılmasının effektivliyinin artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərkibində rekord miqdarda B vitamini olan MƏHSULLAR

Tərkibində rekord miqdarda B vitamini olan MƏHSULLAR

Zehni işlə məşğul olanlar bananın bu növünü YESİN

Zehni işlə məşğul olanlar bananın bu növünü YESİN

Pula-pul deməyəcək 4 BÜRC

Pula-pul deməyəcək 4 BÜRC

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

İzzət Bağırovun təmtəraqlı ad günü - FOTO/VİDEO

İzzət Bağırovun təmtəraqlı ad günü - FOTO/VİDEO

“Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib - FOTO

“Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib - FOTO

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Tramp İrana planlaşdırılan hücumu TƏXİRƏ saldı

Tramp İrana planlaşdırılan hücumu TƏXİRƏ saldı

Prezident onların şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR

Prezident onların şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Bakının bələdçisi kimi danışa bilərəm” – Prezident

“Bakının bələdçisi kimi danışa bilərəm” – Prezident

Vado Korovinin kürəkəni ilə qızının bu görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

Vado Korovinin kürəkəni ilə qızının bu görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

"İrana qarşı hər hansı güzəştə hazır deyiləm” - Tramp

"İrana qarşı hər hansı güzəştə hazır deyiləm” - Tramp

Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO

Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO

İsraildə gərginlik: Netanyahu son 24 saatda ikinci təcili iclası keçirdi

İsraildə gərginlik: Netanyahu son 24 saatda ikinci təcili iclası keçirdi

Qobustanda çökmə baş verən körpü SÖKÜLÜR - VİDEO

Qobustanda çökmə baş verən körpü SÖKÜLÜR - VİDEO

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

“Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim"

“Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim"

İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

End of content

No more pages to load

RADİO