Azərbaycanda ödəniş tapşırıqlarına dair yeni tələblər MÜƏYYƏNLƏŞDİ – Üstünlükləri nələrdir?

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bu ilin əvvəlindən Azərbaycanda vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və yaxud bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması tələbi qoyulub.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Belə ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə alınmış, habelə idxal edilmiş mal, iş və xidmətlərə, həmçinin borc və avans ödənişlərinə görə vergi ödəyiciləri tərəfindən aparılan köçürmələrin ödəniş tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlı vergi ödəyicilərinə tələb və bu tələbin pozulmasına görə maliyyə sanksiyası müəyyən edilib. 

Həmin məlumatlara ödənişin aid olduğu elektron qaimə-fakturanın seriyası və nömrəsi, xarici ticarət fəaliyyəti üzrə yük gömrük bəyannaməsinin və ya qısa idxal bəyannaməsinin seriyası və nömrəsi, xidmətlərin alışı ilə bağlı hesab-fakturanın (invoys) tarixi və nömrəsi, avans ödəmələrinə münasibətdə təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin tarixi və nömrəsi, yaxud tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, borc ödəmələrinə münasibətdə təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin tarixi və nömrəsi və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi aiddir.

Qeyd olunan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Təcrübədə sahibkarlıq subyektləri arasında aparılan hesablaşmalar zamanı müxtəlif təyinatlar (ixtisar edilmiş sözlərdən, müqavilə, razılaşmaya əsasən, verilmiş qaiməyə əsasən və s. qeyri-müəyyən sözlərdən istifadə olunmaqla) qeyd edilməklə ödənişlər həyata keçirilir ki, həmin ödənişlərin hansı dövrün əməliyyatlarına aid olduğu müəyyən edilmir və bu, vergi nəzarəti tədbirləri zamanı çoxsaylı mübahisələrin yaranmasına səbəb olur. 

Bu baxımdan, qanunvericiliyə edilmiş dəyişikliklərdə vergi ödəyiciləri arasında bank hesabları üzrə aparılan ödənişlərin təkmilləşdirilməsi, həmin sahəyə vergi nəzarətinin artırılması və aparılan əməliyyatların şəffaflığının təmin olunması məqsədilə ödəmə tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks etdirilməsi öz əksini tapıb.

Dəyişiklik vergi ödəyiciləri arasında aparılan hesablaşmalar zamanı ödəniş intizamının artırılmasına və vergi nəzarəti tədbirləri zamanı mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Ukrayna bu əraziləri AZAD ETDİ

Ukrayna bu əraziləri AZAD ETDİ

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

“İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm” - Tramp

“İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm” - Tramp

Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Əsl “Betmen mağarası”: Buradakı mənzərə xüsusi effektləri xatırladır - VİDEO

Əsl “Betmen mağarası”: Buradakı mənzərə xüsusi effektləri xatırladır - VİDEO

Aprelin ən uğurlu bürcləri

Aprelin ən uğurlu bürcləri

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi

“ABŞ sabah sülh razılaşmasına nail ola bilər” - Tramp

“ABŞ sabah sülh razılaşmasına nail ola bilər” - Tramp

Ancelina Colinin qızının aktrisa kimi debütü - VİDEO

Ancelina Colinin qızının aktrisa kimi debütü - VİDEO

Cüdo üzrə Avropa Kubokuna yekun vuruldu - 24 medalımız var - FOTO

Cüdo üzrə Avropa Kubokuna yekun vuruldu - 24 medalımız var - FOTO

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT - FOTO/VİDEO

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT - FOTO/VİDEO

Ermənilərin əsirlərimizi gizlətdikləri yerdən görüntülər - VİDEO

Ermənilərin əsirlərimizi gizlətdikləri yerdən görüntülər - VİDEO

XİN: Heç bir ölkə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb

XİN: Heç bir ölkə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb

End of content

No more pages to load

RADİO